Cümə axşamı , Avqust 13 2020
Home / Cəmiyyət / Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

Bu il 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 6 ayında 800-ə yaxın işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb edilib.

NazirlikdənMediAktiv.az-a verilən məlumata görə, onlardan 409-u qadın, qalanları kişilərdir. Həmçinin kurslara cəlb olunanların 255-ni gənclər təşkil edib.

İşsiz və işaxtaran şəxslərin peşə bacarıqlarına yiyələnməklə məşğulluğuna şərait yaradılması məqsədi daşıyan kurslarda aşpaz, dərzi, xalçaçı, kompyuter mühasibliyi, kompyuterçi dizayner, qaynaqçı, istixana operatoru, şirniyyatçı, kopyuter istifadəçisi, vizajist, bərbər və s. peşələr tədris olunub. İştirakçılardan bir qismi artıq kursu bitirib və onlara sertifikatlar təqdim edilib.

Kursların müdavimlərinə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də verilir.
Pandemiya ilə əlaqədar peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə Nazirlər Kabinetinin müvafiq qərarı ilə həmin təqaüdlərin verilməsi davam etdirilir.

Həmçinin oxuyun

Bölgədəki seysmoloji gərginlik “Metsamor” AES-i real fəlakət mənbəyinə çevirib

İstismar müddəti çoxdan başa çatan, artıq qəzalı vəziyyətdə olduğu üçün dəfələrlə işi dayandırılan Ermənistanın “Metsamor” …