Şənbə , İyul 20 2019
Home / Cəmiyyət / BÜRCLƏR

BÜRCLƏR

Qoç

Ciddi münaqişələrdən qaçmaq, insanlarla yaxşı münasibətləri  saxlamaq üçün bu gün sizə səbirli olmaq lazımdır.  Daha az mübahisə etməyə çalışın, istənilən müzakirələri  konstruktiv və sakit aparmağa çalışın.

Bəli, sizi haqsız tənqid edirlər. Sizin işləriniz barədə heç bir məlumatı olmayan insanlar narazılıqlarını  bildirə, öz fikirlərini  deyə bilərlər. Amma bütün bunlar – əsəbiləşmək və hirslənmək üçün səbəb deyil . Yumor hissi sizin tez-tez köməyinizə çatır.

Buğa

Səhər hirslənməməyə çalışın. Bu çətin olacaq: bu zaman şərait yaxşı  formalaşmır. Güvəndiyiniz insanlar belə sizi yarı yolda qoya bilərlər. Siz  yaranmış problemləri  sakitliyi saxlayacaqsınızsa həll edə biləcəksiniz. Neqativ emosiyalardan qurtulun.

Günün ikinci yarısı  peşəkar nöqteyi-nəzərdən uğurludur. Əgər siz karyera zirvələrini fəth etməyə  çalışırsınızsa, təşəbbüs göstərin. Bacarıqlı olduğunuzu sübut edin. Xidməti romanların başlanğıcı istisna edilməmişdir. Burada daha ehtiyatlı olun.

Əkizlər

Siz   düşündüyünüzü nəticələri  fikirləşmədən söyləyirsiniz. Belə etməklə siz insanları  incidəcəksiniz. Daha nəzakətli olmağa çalışın.

Yaradıcı yanaşma tələb edən işlərdə müvəffəqiyyətlərə nail olmaq olar.İxtiraçılığınızdan  və fantaziyanızdan istifadə edin. Sizə yalnız düşünmək və əhəmiyyətli qərarları  qəbul etmək deyil , həm də fiziki əməklə məşğul olmaq lazım olacaq.

Xərçəng

Günün birinci yarısı kifayət qədər mürəkkəb olacaq. Xüsusilə işi müxtəlif insanlarla əlaqələri tələb edən Xərçənglərə çətin olacaq. İnsanlarla ümumi dil tapmaq çox çətin olur, münaqişələr  yaranır. Siz  güzəştə getməyə  çalışırsınız, lakin yenə də sizdən narazı   olurlar.

Günün ikinci yarısında tamamilə xoş və maraqlı iş meydana çıxacaq. İşlərdə uğur qazanmaq şansınız olacaq. Pul daxil olmaları istisna edilməmişdir.

Şir

Sizdə hər bir iş çox yaxşı alınır. Ulduzlar sizin tərəfinizdədir  və siz bundan çoxdan qoyulmuş hədəflərə nail olmaq, rəqiblərin üzərində qazanmaq , vacib işdə irəliləməyə nail olmaq üçün istifadə edirsiniz. Bədxahları silahsızlaşdırmaq, nüfuzlu adamları öz tərəfinə cəlb etmək şansınız olacaq. Yaxınların dəstəyi sizi praktik olaraq məğlubedilməz edəcək.

Şəxsi münasibətlərdə çətinliklər mümkündür. Buna səbəb  sevdiyiniz insanı  dinləmək istəməməniz ola bilər. Siz onu tez-tez yanlış anlayırsınız. Məişət problemlərinin  davalara səbəb olmasına  icazə verməyin.

Qız

Günün başlanğıcı mənasız təlaşda və hədər qayğılarla keçir. Sizin istedadlarınızdan və bacarıqlarınızdan istifadə etməyə çalışacaqlar. Kimlərinsə manipulyasiyalarının qurbanı olmamaq üçün, hər şeyi yoxlayın . Yeni tanışlara etibar etməyə tələsməyin .

Günün ikinci yarısı sizi sevindirəcək. Bu zaman uğurlu təsadüflər , xoş sürprizlər mümkündür.  Çoxdan görmədiyiniz insanla görüş istisna edilməmişdir. Əhval-ruhiyyəniz gözə çarpır yaxşılaşacaq, siz əsaslandırılmış optimizmlə gələcəyə baxmağa başlayacaqsınız.

Tərəzi

Hər bir iş  yaxşı alınır, buna görə nahaq vaxt itirməyin. Xüsusilə mürəkkəb işlərə fokuslanın, siz onların  öhdəsindən gələcəksiniz . Dostlar və sadəcə yaxşı tanışlar sizi dəstəkləyirlər, kömək etməyə çalışırlar. Gün münasibətlərin bərpası üçün yarayır. Köhnə səhvləri düzəltmək, onların bağışlanmasına nail  olmaq olar.

Kiçik, amma çox vaxtında pul daxil olmaları , uğurlu almalar mümkündür. Əhəmiyyətli qərarlar qəbul etmək olar. Səhvin ehtimalı minimaldır.

Əqrəb

Siz prioritetləri düzgün yerləşdirirsiniz, buna görə gücləri nahaq xərcləmirsiniz və müvəffəqiyyətlərə tez nail olursunuz. Heç kim sizi yanlış fikirə yönəldə  bilməyəcək: siz  quru sözə inanmırsınız, hər şeyi yoxlayırsınız, əhəmiyyətli qərarları müstəqil qəbul edirsiniz. İşə aid olan maraqlı təkliflər mümkündür. Siz onları qəbul edəcəksinizsə təəssüf etməyəcəksiniz .

Gün yaxınlarla ünsiyyət üçün yarayır. Bütün yığılmış problemlərin həllini tapmaq şansınız var. Sevdikləriniz   bütün başlamalarda sizi dəstəkləyəcək .

Oxatan

Səhər mümkün qədər çox işi sona çatdırmağa çalışın. Bu ən əlverişli vaxtdır. Yeni ideyalar meydana  çıxacaq. Onları tezliklə  reallaşdırmağa  müvəffəq olacaqsınız. Rəqiblərinizi hər bir işdə arxada qoyursunuz.

Rahatlaşmamaq əhəmiyyətlidir, yoxsar günün ikinci yarısında siz çətinliklərlə rastlaşacaqsınız. Bu vaxt diqqət tələb edir.Vəziyyəti öyrənin sonra qərar qəbul edin. Tələsməyin.

Oğlaq

Gün yaxşı başlanır. Səhəri fantaziya və yaradıcı yanaşmanı tələb edən işlər üçün istifadə edin. Onlarda daha asan  müvəffəqiyyət qazanacaqsınız. Maraqlı ideyalar çıxa bilərlər.Tezliklə planlarınızı  həyata keçirməyə kömək edəcək iinsanlarla rastlaşacaqsınız. Hər şeyin alınması üçünsə çalışmaq lazım olacaq.Təəssüf ki,buna  səbriniz çatmaya bilər.

Günün ikinci yarısında xırda anlaşılmazlıqlar , xoşagəlməz hadisələr mümkündür. Bunlar  sizi məyus edəcək. Bəzi  Oğlaqlar ən yaxın insanlarla  münasibətləri korlaya bilər.

Dolça

Günün başlanğıcında xoşagəlməz hadisələr istisna edilməmişdir. Onlar ən çox işgüzar sferada olacaq. Sizi tez-tez yanlış anlayırlar. Yalnız bir çıxış yolu var – tək hərəkət etmək . Amma bu sizin imkanlarınızı güclü məhdudlaşdırır, ona görə bəzi hədəflərinizdə uğura nail olmayacaqsınız.

Günün ikinci yarısı bütovlükdə  xoş formalaşır, maraqlı görüşlərlə sevindirir, şəxsi həyatınızı yaxşıya doğru dəyişdirməyə və yaxınlara qayğı göstərməyə imkan verir. Bu zaman yüklənmələrdən çəkinmək arzu olunandır. Yorucu işləri öhdənizə götürmək lazım deyil.

Balıqlar

Xoş, sevindirici uğurlu təsadüflərlə, sürprizlərlə və hədiyyələrlə dolu gündür. Siz demək olar ki bunun üçün səy qoymadan, sadəcə lazımlı yerdə lazımlı anda olub yaxşı nəticələrə nail olursunuz. Əhatə edənlər sizə çox kömək edirlər. Hətta  tanımadığınız insanlar sizə həvəslə dəstək təklif edirlər. İmtina etmək lazım deyil.

Siz eyni zamanda bir neçə  iş haqqında düşünməyə, bir məsələdən başqasına tez keçməyə bacarıqlısınız. Yaxınlarlarınız sizin bunu necə etdiyinizə  təəccüblənirlər. Hətta  gecə  kifayət qədər enerjiniz  olacaq .

Həmçinin oxuyun

Vətəndaşlara 19 dekabr xəbərdarlığı – Tələsin

Onların elektrik enerjisi təchizatı qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq “Azərişıq” ASC borclu abonentlərə xəbərdarlıq edib. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir