Cümə axşamı , İyun 4 2020
Home / Cəmiyyət / “Cahan Holdinq”dən daha bir nümunəvi addım

“Cahan Holdinq”dən daha bir nümunəvi addım

Dünyada pandemiya elan olunan virusun Naxçıvan Muxtar Respublikasına təsirlərinin qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə “Cahan Holdinq” Şirkətlər Qurupu da fəal qoşulub. 

MediAktiv.az  xəbər verir ki, Holdinqdən verilən məlumata görə, Cahan Ticarət Mərkəzində fəaliyyət göstərən bütün mağazaların kirayə haqqları 1 aprel 2020-ci il tarixdən 1 iyun 2020-ci il tarixədək  50 faiz azaldılıb. Həmçinin, Gənclər Şəhərciyi Yaşayış Kompleksində bütün sakinlərinin 1 aylıq (1 aprel 2020-ci il) kommunal ödənişləri ləğv edilib, kirayə  qalan sakinlərin isə 1 aylıq  ödənişi 150 manat azaldılıb. Eyni zamanda, yaşayış kompleksinin əhatəsində olan mağazaların 1 aylıq kommunal ödənişlərinin də ləğv edilməsi nəzərdə tutulur.

 Xatırladaq ki, holdinq Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150 min manat vəsait də köçürüb.

“Cahan Holdinq”in şüarı belədir: “Güc Birlikdədir”!

Həmçinin oxuyun

Culfa rayonunda yaradılan şərait geniş imkanlar açır

Bu gün hərtərəfli düşünülmüş siyasətlə həyata keçirilən böyük iqtisadi islahatlar, Azərbaycanın dünya birliyinə inteqrasiyası, xalqla …