Bazar , Fevral 23 2020
Home / Cəmiyyət / Corabda yatmağın BİLMƏDİYİNİZ FAYDALARI

Corabda yatmağın BİLMƏDİYİNİZ FAYDALARI

Normal yuxu insanın sağlamlığında ən önəmli rollardan birini oynayır.

Araşdırmalar göstərir ki, keyfiyyətsiz yuxu, yuxunun az olması ürək-damar sistemi xəstəliklərinin, maddələr mübadiləsi və sinir sisteminin fəaliyyətində pozulmaların, hətta xərçəngin riskini artırır.

Yuxuya tez getməsi, yuxunun daha dərin olması üçün mütəxəssislər corabda yatmağı tövsiyə edirlər. Xarici KİV-lərin məlumatına görə, İsveçrədə aparılmış bir araşdırma zamanı iştirakçıları 2 qrupa bölüblər. Bir qrupa corabda, digər qrupa corabsız yatmağı tapşırıblar. Bir müddətdən sonra corabda yatan iştirakçılar etiraf ediblər ki, daha tez yuxuya gedir, gecə daha az oyanır, səhər özlərini daha gümrah hiss edirlər.

Mütəxəssislərin fikrinə görə, bunun səbəbi damarların genişlənməsi və bədənin termorequlyasiyasının tənzimlənməsidir.

Mütəxəssislər yatmazdan əvvəl təmiz, rezini sıx olmayan (ayaqları sıxmasın deyə) pambıq corab geyinməyi tövsiyə edirlər.

Maraqlıdır ki, Çində aparılmış digər araşdırma göstərib ki, corabda yatan ailə cütlükləri sonsuzluq problemi ilə daha az üzləşir.

Həmçinin oxuyun

Əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında muzeylərə ekskursiyası təşkil olunub-FOTO

19 fevral 2020-ci il tarixdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir