Çərşənbə axşamı , Noyabr 24 2020
Home / Cəmiyyət / “Dəli Kür” romanının müzakirəsi keçirilib-FOTO

“Dəli Kür” romanının müzakirəsi keçirilib-FOTO

Gənclərdə kitab oxuma həvəsi yaratmaq, onların oxuduqları kitablar haqqında fikirlərini bölüşəcəkləri mühitin yaradılması məqsədi ilə mütəmadi olaraq kitab müzakirələri keçirilir.

Fonddan MediAktiv.az-a verilən məlumata görə, növbəti belə bir tədbir “Dəli Kür” romanının müzakirəsinə həsr olunub. “Görüş yeri”  kafesində baş tutan tədbirdə əvvəlcə çıxış edən Gənclər Fondunun Gənclər təşkilatları və gənclər ilə iş şöbəsinin baş mütəxəssisi Xanım Əsgərli bildirib ki, kitab müzakirəsinin keçirilməsində məqsəd gənclərdə elmi və bədii ədəbiyyata marağın artırılması, kitab oxuma vərdişinin gənclər arasında təbliğ olunmasıdır. Gənclərlə birgə aparılan müzakirədə bildirilib ki, İsmayıl Şıxlının bu romanı o dövrün mərd, nüfuzlu və köhnə kişilərindən olan Cahandar ağanın Allahyarın arvadı Mələyi götürüb qaçması ilə başlayır. Əsərin süjet xətti də bu hadisədən sonra cərəyan edir. Cahandar ağanın bu hərəkətinə görə oğlu Şamxal evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının israrına baxmayaraq, Qori seminariyasına oxumağa gedir. Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin, realist zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi məhz “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağadır. “Dəli Kür” XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqla göstərən bir əsərdir.

Müzakirə zamanı gəncləri maraqlandıran suallar da cavablandırılıb.

Həmçinin oxuyun

Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq …