Bazar , May 16 2021
Home / Cəmiyyət / Daha irsi xəstəliklər olmayacaq

Daha irsi xəstəliklər olmayacaq

Alimlər insan DNT-nə müdaxilə edərək genetik yollarla ötürülən xəstəliklərin qarşısını ala biləcək yeni növ ferment kəşf ediblər.
“Hovard Hughes” Tibb İnstitutundan olan tədqiqatçı David Liu və komandası insan DNT-i üzərində maraqlı eksperimentlər aparıblar. DNT tərkibində olan (Adenin*timin) maddəsinin (Guanin*sitozin) maddəsinə çevirməyin üsullarını axtaran mütəxəssislər, insanlarda aşkarlanan bir çox xəstəliklərin məhz bu maddələrin tərkibində əlaqəli şəkildə inkişaf edən 32 hüceyrənin mutasiyası ilə bağlı olduğunu iddia edirlər.
Daha əvvəl aparılan eksperimentlərdə (C*g) maddəsini ( T*a) maddəsi ilə əvəzləməyə nail olan alimlər, bu dəfə xəstəlik törədən mutasiyaların qarşısını almağa cəhd ediblər.
Bioloq Liu və komandası DNT-nin tərkibində olan fermentlərin, nukleotid cütlərin yerlərini dəyişdirmək üçün genləri ayıraraq ayrıca mayalandırıblar. Bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar əsasında baş verir. Bir-birilə əlaqədar olduqlarına görə, çoxalmanın meydana gəlməsi üçün ikisi də eyni anda mövcud olmalıdır.
Alimlər bu prosesdə (ABE7.10) fermentini istifadə edərək həm insan, həm də bakteriya genlərində 50%-ə qədər mutasiyanın qarşısını almağa nail olub. Arzuolunmaz mutasiyalara səbəb olan ( A*t) əsas fermenti (G*c) cütü ilə əvəz edilib.
Liu araşdırmanın nəticələrinin insanların müalicəsində istifadə edilməsi üçün hələ tez olduğunu bildirib. Genetika sahəsində yeni cığırlar açacaq bu nəticələrin gələcəkdə daha da təkmilləşdirilərək tibb elminə daxil ediləcəyi gözlənilir. Bu o deməkdir ki, gələcəkdə DNT-yə müdaxilə edilərək mutasiyalar, xəstəliklər və digər arzuolunmaz halların ötürülməsinin qarşısını almaq mümkün olacaq. publika.az

Həmçinin oxuyun

YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” …