Bazar , İyun 7 2020
Home / Cəmiyyət / DİN: Əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün tədbirlər davam etdirilir

DİN: Əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün tədbirlər davam etdirilir

Əhalinin xüsusi karantin rejiminə riayət etməsi üçün polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

MediAktiv.az xəbər verir ki,Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədi ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminə riayət edilməsinə nəzarətin polis əməkdaşları tərəfindən gücləndirilməsi məqsədi ilə tədbirlər Bakı şəhəri, eləcə də digər şəhər və rayonlarda tədbirlər davam etdirilir.

Bu məqsədlə qadağalara baxmayaraq hələ də işləyən ictimai iaşə obyektləri polis əməkdaşları tərəfindən müəyyən edildiyi təqdirdə həmin yerlərin fəaliyyəti məhdudlaşdırılır.

Həmçinin yol polisləri tərəfindən sürücülər saxlanılaraq onlarla profilaktik söhbətlər aparılaraq nizam-intizama dəvət edilir. 

Həmçinin oxuyun

Özünün və sözünün vəlisi- Ramiz Qasımov yazır…

Bu  yaxınlarda Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən olan Vəli Qaraxanın yeni bir kitabı çapdan çıxıb. …