Bazar ertəsi , Fevral 24 2020
Home / Cəmiyyət / Dodaq uçuğunun səbəbi

Dodaq uçuğunun səbəbi

Dodaqlarda və bədənin müxtəlif hissələrində meydana gələn uçuqlar insanların kabusuna çevrilib.

Aparılan son araşdırmalarda uçuq yarasının virusdan qaynaqlandığı ortaya çıxıb.

İmmunitet sisteminin aşağı düşdüyü zamanlarda ortaya çıxan uçuqlara “herpes” deyilən virus səbəb olur. Bu virus olduğu bölgədə sinir sisteminə yerləşir və uçuq əmələ gəlməsinə təsir edir.

“Herpes” virusu sinir uclarına yerləşdikdən sonra bölgədə xoralaşmış yaralar əmələ gətirir. Virusun inkişafına səbəb bədəndə meydana gələn bir sıra xəstəliklərdir.

“Herpes” virusunu əmələ gətirən xəstəliklər hansılardır?

Soyuqdəymə, təzyiq, qrip, hormonal dəyişikliklər, şəkərli diabet, qanazlığı, vitamin əksikliyi, stress kimi xəstəliklərin meydana gəlməsi “herpes” virusunun bədənə girməsinə səbəb olur. Beləliklə, bədəndə uçuq meydana gəlir.

Həmçinin oxuyun

Əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında muzeylərə ekskursiyası təşkil olunub-FOTO

19 fevral 2020-ci il tarixdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir