Çərşənbə axşamı , Oktyabr 27 2020
Home / Cəmiyyət / DSMF: Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq

DSMF: Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq

Azərbaycanda bundan sonra kişilərin pensiya yaşının artırılması nəzərdə tutulmur.

MediAktiv.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əməkdaşı Ayxan Məcidov “Pensiya təyinatı və hesablanma qaydaları”na həsr olunan canlı bağlantıda deyib.

Onun sözlərinə görə, hazırda yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər üçün yaş həddi 65, qadınlar üçün 62 yaşdır:

“Kişilər üçün 65 yaş artıq pensiyaya çıxmaq üçün müəyyən edilən sonuncu yaş həddidir. Bundan sonra kişilərin pensiya yaşı ilə bağlı artım olmayacaq. Artıq 65 yaşı olan kişilər davamlı olaraq, pensiyaya çıxma imkanı əldə edə biləcəklər. Qadınlar üçün isə 62 yaş 30 iyun 2021-ci il tarixinə kimi qüvvədə qalacaq. Ondan sonra isə pensiya üçün yaş həddi 6 ay artırılacaq”.

A.Məcidov qeyd edib ki, son 2 ildə pensiya sahəsində ciddi islahatlar aparılıb, pensiyaçıların pensiyaya çıxma imkanlarının mülayimləşdirilməsi prosesi baş verib.

Fond rəsmisi deyib ki, 2019-cu il 1 yanvar tarixindən pensiya yaşına çatan şəXslərin 25 illik stajının tanınması əksər insanların pensiyaya çıxma imkanlarını artırdı:

“1 yanvar 2006-cı il tarixdən 1 iyul 2018-ci il tarixədək şəxsin minimum staja malik olması əsas şərtlərdən idi. Şəxsin bu müddətdə 1 ay belə stajı var idisə, stajı tanındı. Bu dəyişiklik nəticəsində minlərlə vətəndaş pensiyaya çıxmaq imkanı əldə etdi”.

Həmçinin oxuyun

Azərbaycanda 527 nəfər COVID-19-a yoluxub, 131 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 527 yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq …