Cümə axşamı , Sentyabr 17 2020
Home / Cəmiyyət / Düdəngə kəndində ikinci mərasim evi tikilir

Düdəngə kəndində ikinci mərasim evi tikilir

Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən sonra xalqımızın dinimədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlıqlarının təmin olunması, dövlətdin münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, dini abidələrin, məscidlərin, ibadət yerlərinin təmir və bərpası dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib.

İndiyədək muxtar respublikamızın müxtəlif bölgələrində onlarca ziyarətgah, dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilmişdir. O cümlədən, rayonumuzun Xanlıqlar kəndindəki “İmamzadə” kompleksi də əsaslı şəkildə yenidən qurulmuşdur. Hazırda Şərur şəhərində və kəndlərimizdə 46 ibadət yeri, 36 mərasim evi fəaliyyət göstərir, 8 kənddə mərasim evlərinin tikintisi davam etdirilir. Qəbiristanlıqlarda lüzumsuz məzar çəpərlərin sökülməsi, abadlıq və yaşıllaşdırma işlərinin aparılması cəmiyyət tərəfindən razılıqla qarşılanır. Bir neçə il bundan əvvəl Düdəngə kəndində tikilmiş ikimərtəbəli məscid binasının birinci mərtəbəsində kişilər, ikinci mərtəbəsində isə qadınlar ibadət edir, namaz qılırlar. Bir neçə il bundan əvvəl ərazidə geniş mərasim evi də tikilmişdir.

Hazırda məscidin həyətində inşa olunan ikinci mərasim evi də yas mərasimlərinin İslam dininin tələblərinə uyğun keçirilməsinə kömək məqsədi daşıyır. Ümumiyyətlə, belə yerlərin düzəldilməsi sakinlərin yas mərasimlərini rahatşəkildə keçirməsinə şərait yaradır, əlavə xərclərin yaranmasının qarşısını alır. Qeyd edək ki, digər yaşayış məntəqələrində olduğu kimi, Düdəngə kəndində yaradılan mərasim evi də əvvəlcədən hazırlanmış və baxışdan keçirilmiş layihə əsasında inşa olunur, kifayət qədər qabqacaq, stəkan-nəlbəki alınması nəzərdə tutulur. Bina qış aylarında istilik sistemi ilə qızdırılacaqdır. Mərasim evinin ətrafı abadlaşdırılır, su çəkilir və yaşıllıq zolaqları salınır.

Tikinti işlərində kəndin gəncləri könüllü şəkildə, heç bir təmənna ummadan növbəliliklə iştirak edir. Bütün bunlar muxtar respublikamızda dini-mədəni dəyərlərimizə hörmət və ehtiramın daha bir göstəricisi olmaqla, yas və dəfn mərasimlərinin dinimizin qaydalarına uyğun şəkildə keçirilməsi, qışın soyuğunda, yayın istisində, yağışlı-yağmurlu havalarda yas mərasimlərinin təşkili zamanı yaranan problemlərin aradan qaldırılması baxımından əhəmiyyətlidir.

Həmçinin oxuyun

Azərbaycanda zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 16:23-də Şahbuz stansiyasından 22 km qərbdə Naxçıvan MR-in …