Cümə , May 29 2020
Home / Cəmiyyət / Ekologiya könüllüləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ətrafında biotexniki tədbirlər aparıb-FOTO

Ekologiya könüllüləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ətrafında biotexniki tədbirlər aparıb-FOTO

Ekologiya könüllüləri “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin ətrafında biotexniki tədbirlər aparıb, Nehrəm dağı istiqamətində təbiət yürüşü ediblər.
MediAktiv.az  xəbər verir ki, əvvəlcə könüllülər tərəfindən müəyyən olunmuş əraziyə meyvə və tərəvəz qırıntıları və daş duz dağıdılıb. Sonra könüllülərin Nehrəm dağı istiqamətində yürüşü olub. Yürüş zamanı könüllü gənclər ərazinin coğrafiyası, fauna və florası barədə ətraflı məlumat əldə edib, həmçinin bu ərazilərdə son vaxtlarda sayı artan muflon keçilərini yaxından izləmək şansı əldə ediblər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə könüllülər tərəfindən aparılan biotexniki tədbir qış fəslində heyvanların qida maddələrinə olan tələbatını ödəmək, yeni əkilən ağac və tinglərin heyvanlar tərəfindən məhv edilməsinin qarşısının alınması məqsədilə keçirilib.

Həmçinin oxuyun

Müdafiə Nazirliyi Respublika Günü ilə bağlı video-çarx hazırlayıb – VİDEO

Müdafiə Nazirliyi 28 May – Respublika Günü münasibətilə video-çarx hazırlayıb.  MediAktiv.az  xəbər verir ki, videoda 102 …