Cümə , May 29 2020
Home / Cəmiyyət / Ekologiya və Təbii Sərvətlər naziri vətəndaşları qəbul edib

Ekologiya və Təbii Sərvətlər naziri vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 28 noyabrda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.

MediAktiv.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, qəbuldan əvvəl nazir və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Qəbul zamanı ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, hidrometeorologiya, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı vətəndaşların müraciət və təklifləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərləri üzrə nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Həmçinin oxuyun

Müdafiə Nazirliyi Respublika Günü ilə bağlı video-çarx hazırlayıb – VİDEO

Müdafiə Nazirliyi 28 May – Respublika Günü münasibətilə video-çarx hazırlayıb.  MediAktiv.az  xəbər verir ki, videoda 102 …