Çərşənbə , Noyabr 25 2020
Home / Cəmiyyət / Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı

Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 65 mülki şəxs qətlə yetirilib, 297 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 398, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 2 174-dir.

Həmçinin oxuyun

Qafqazın təbiət muzeyi – Kəlbəcər

Qarabağın qala qapısı, Azərbaycanın cənnətməkanı, Qafqazın təbiət muzeyi Kəlbəcər ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Sağından-soluna …