Çərşənbə , Aprel 8 2020
Home / Cəmiyyət / ERMƏNİSTANI TEROR DÖVLƏTİ ADLANDIRAN XARİCİ JURNALİST

ERMƏNİSTANI TEROR DÖVLƏTİ ADLANDIRAN XARİCİ JURNALİST

Naxçıvan Muxtar Respublikası 1992 –ci ildə Ermənistan tərəfindən salındığı blokadanı çoxdan yarıb. Təbii ki, informasiya blokadasını nəzərdə tuturam. Artıq Nuhun yurdu indi dünyanın gözü qarşındadır. Beynəlxalq aləmə inteqrasiya edən muxtar respublikanın qapıları dünyanın müxtəlif ölkələrindən xoş niyyətlə gələn turistlər, rəsmi qonaqlar, işadamlarının üzünə açıqdır.

Bu günlərdə Naxçıvanda səfərdə olan Amerikalı jurnalist, tədqiqatçı Peter Tase ilə maraqlı bir görüşümüz oldu. Peter Tase Naxçıvan həqiqətlərini, onun tarixi abidələrini bütün dünyaya çatdırmaq çox işlər görüb. ABŞ mətbuatında Azərbaycan haqqında yazdığı 150 dən artıq məqalənin100-dən çoxu Naxçıvanın haqqındadır. Peşəkar jurnalist  bu dəfə gənc jurnalistlərlə həmsöhbət oldu.

Jurnalistlərdən biri Tasedən “Naxçıvan haqqında yazılan məqalələrə ermənilər qısqanclıqla yanaşmırki?”–deyə soruşdu. Cavab isə belə oldu:“ -Mən bu fikri bir dəfə də demişəm. Nə qədər təhdid olsa da həqiqəti həmişə deyəcəm. Çünki, Ermənistan teror dövləti, onun əsgərləri isə teroristlərdir.” Ermənistanın teror dövləti olduğunu bu fikirlə təkcə Peter Tase təsdiqləmir, bunu onun təmsil etdiyi Amerikanın nüfüzlu mətbuat orqanları təsdiqləyir. Həqiqət budur və gərək onun gözünə dik baxa biləsən.

Əslində Tasedən aldığım başqa bir cavab illərdir beynimdə dolaşan sualın cavabı idi. Həmkarlarımızdan biri amerikalı qonaqdan soruşduki, sizcə Naxçıvanda çatışmayan nəsə varmı?  O isə:  “ -Mən buranı Amerikanın Miçiqanına bənzədərək kəşf etdim. Burada rahat yollar, günü-gündən inkişaf edən infrastruktur, firavanlıq, təmizhava, uşaqlar, gənclər ,qocaların asudə vaxtlarının səmərəli keçməsi üçün yaradılan obyektlər var. Qonşu ölkələrinə enerji belə ixrac edən bir məkanda siz başqa nəyi istəyirsiniz”  -deyərək bizim fikrimizə gülümsündü.

Yeri gəlmişkən, ötənlərdə Naxçıvan Beynəlxalq Hava limanına Azal şirkəti tərəfindən ezam edilən bir mütəxəsislə həmsöhbət oldum. Kelly Anderson adlı İT mütəxəsisi ABŞ-nın Texas ştatından idi. Bir neçə gün Naxçıvanın turizm obyektlərini və kəndlərini gəzmişdi.Təəsüratlarını gizlədə bilmədi. Kelly dediki: “Naxçıvan şərq nağıllarındakı sakit bir məkana bənzəyir. Bu məkanda firavanlıq və xoşbəxtlik var.” Daha bir xarici qonağın fikri digəri ilə üst-üstə düşürdü. Peter Tase Naxçıvan dayaşamağın gözəlliyini yeddi mərhələdə qeyd etdi. Bu barədə o məqalələrinin birində yazıb. Həqiqəti sevənlər bu məqaləni tapıb oxuya bilər. Bizə düşəndə Peter Tasenin məqalələrini paylaşıb oxumaqdır. Çünki adam əsl həqiqət aşiqidir. Nuh peyğəmbərə qucaq açan, bəşəriyyətin ikinci məskəni, qadın şərəfinə ilk abidənin ucaldığı bir məkan Peter Tasenin gözündə  müqəddəsdir… Əgər uzaq Amerikadan gələn qonaqlar bu diyarı sevirsə onda özümüz niyə onu sevməyək? Naxçıanı vicdanla sevək və qoruyaq… Bura müqəddəsdir!

Naxçıvana gələn daha bir qonaq- Aqil Abbas demişkən: “Mən getdim Suriyadakı müqəddəs torpaqları, Məkkəni, Mədinəni gəzdim oraların torpaqlarının rəngi qırmızı idi. Dünyada ikinci bir yerdə qırmızı torpaq gördüm–oda NƏQŞİCAHANDA!”

Mətin Kamal

Naxçıvanın səsi radiosunun əməkdaşı

Həmçinin oxuyun

Naxçıvanın bəzi dağlıq ərazilərinə qar yağır-FOTO

Aprelin 6-dan başlayaraq Naxçıvan Muxtar Respublikası ərazisində yağmurlu və soyuq hava şəraiti hökm sürür. MediAktiv.az xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir