Çərşənbə axşamı , İyun 25 2019
Home / Cəmiyyət / Evlərin qiyməti niyə ucuzlaşmır?

Evlərin qiyməti niyə ucuzlaşmır?

Bir zamanlar əsas investisiya istiqamətlərindən olan daşınmaz əmlak bazarında  durğunluq müşahidə edilməkdədir. Bu seqmentdə vəziyyətin,eləcə də  qiymətlərin necə dəyişəcəyi sual olaraq qalır.

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirdi ki, bazarda ilin əvvəlindən 2 mühüm amil müşahidə edilir: “Onlardan biri ipoteka kreditləşməsi sahəsində olan böyük dəyişikliklərdir. Əvvəlki illərə nisbətdə kreditləşmə daha aktivdir və statistika da bunu təsdiqləyir. Gözləniləndir ki, bu il verilmiş kredit məbləğlərinin həcmi pik nöqtəyə çatsın”.

Ekspertin sözlərinə görə,  ipoteka rkreditləşməsi məbləğinin artırılması (məsələn adi ipoteka kreditləri üzrə kredit məbləği 150 min manata qaldırılıb) daha yüksək keyfiyyətli və bahalı mənzillərin alınmasına: “Üstəlik şərtlərə əsasən yeni tikilən binalardan da mənzil almaq mümkündür. Bu, öz növbəsində ilkin bazara az da olsa müsbət təsir etməyə başlayıb”.

R.Əliyev bir sıra ərazilərdə aparılan söküntü işlərinin bazara təsirlərinə də toxundu: “Bu, ilk növbədə kirayə bazarına üz tutanların sayını artırıb. Eyni zamanda keyfiyyəti aşağı, (xruşovkalar və s.) eləcə də qiyməti ucuz olan mənzillərin təklifini azaldıb.  Söhbət şəhərətrafı yox, məhz  şəhər içi təkliflərdən gedir. Bu 2 amildən başqa bazara təsir edən digər amillərdə var. Məsələn makroiqtisadi şərait. Bu amilin bazara mənfi  təsirləri davam edir”.

O ki qaldı bazardakı qiymətlərin hansı istiqamətdə hərəkət etməsinə,  R.Əliyev deyir ki, bazarda ucuzlaşma gözlənilsə də, bu baş vermədi: “Səbəb də yuxarıda adlarını çəkdiyim amillərdir.  Belə ki, ipoteka kreditləşməsi və söküntü işləri bazara təsir edib.  Bazarda ümumi qiymət səviyyəsi stabil qalsa da müxtəlif seqmentlərdə əks tərəfli hərəkətlər olub”.

R.Əliyevin sözlərinə görə, hazırda diqqətlər ilkin bazara yönəlib: “Bildiyiniz kimi yeni tikililərdə mənzil satışının yeni qaydaları tətbiq olunmalıdır. Bu qaydalar təsdiqlənərsə, bazarda böyük dəyişikliklərin şahidi olacağıq”. (OXU.AZ)

Həmçinin oxuyun

Vətəndaşlara 19 dekabr xəbərdarlığı – Tələsin

Onların elektrik enerjisi təchizatı qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq “Azərişıq” ASC borclu abonentlərə xəbərdarlıq edib. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir