Bazar ertəsi , Avqust 10 2020
Home / Cəmiyyət / “Fevralın 9-nu gözləyin, millət vəkili olmağımı çox adam istəyir” – Xalq artisti

“Fevralın 9-nu gözləyin, millət vəkili olmağımı çox adam istəyir” – Xalq artisti

MediAktiv.AZ

“Kim deyir ki, kənara çəkilmişəm?! Əsla, gənclərə bir az yol vermək lazımdır. İşlərim çoxdur. Hər zamanki kimi üzərimdə çalışıram”.

Bu sözləri bigşaz-a açıqlamasında xalq artisti Faiq Ağayev deyib.

“Parlament buraxıldı və fevralın 9-na seçki təyin olundu. Namizədliyinizi irəli sürəcəksinizmi” sualına müğənni belə cavab verib: “Məni orada görmək istəyənlər var. Fevralın 9-da seçkilər olacaq. Yəni ki, yanvar ayından kimin namizədliyini verəcəyi bəlli olacaq. Gəlin o zamanı gözləyək”.

Faiq Ağayev “Xalq artisti Afaq Bəşirqızının millət vəkili seçilməsinə razısınızmı?” sualına “Azərbaycanda 18 yaşına çatmış hər bir vətəndaş namizədliyini irəli sürə bilər. O cümlədən Azərbaycan mədəniyyətinə çox böyük töhvələr etmiş Afaq Bəşirqızı. Mən inanıram ki, millət vəkilliyinə namizədliyini versə, onun arxasında çoxlu azərbaycanlı olacaq”deyə cavab verib.

Xalq artisti “Siz millət vəklili seçilsəniz bu sahədə hansı dəyişiklikləri edəcəksiniz?” sualına “Mən etmədiyim, olmadığım yerdən xəbər verə bilmərəm” deyib.

Faiq Ağayev yaxın günlərdə xalq artisti fəxri adına layiq görülən Röya Ayxan və Miri Yusifi də təbrik etdiyini açıqlayıb: “Hər ikisini təbrik elədim. Fərmənadan bir-iki gün sonra tədbirlərin birində görüşdük. Bu adı ölkə başçısı verir. Ona görə də onu müzakirə etmək düzgün deyil”.

Həmçinin oxuyun

Baş Nazir karantin rejimi ilə bağlı videomüşavirə keçirdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi …