Çərşənbə , Yanvar 22 2020
Home / Cəmiyyət / Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi ərazidə

Fövqəladə hallar nazirinin müavini Bakıda yanğının baş verdiyi ərazidə

Bakının Nəsimi rayonunda baş vermiş yanğınla əlaqədar Fövqəladə Hallar nazirinin müavini 3-cü mikorayon bazarı adlanan əraziyə gəlib. 

MediAktiv.Az xəbər verir ki, nazir müavini Etibar Mirzəyev hazırda hadisə yerindədir. 

Hadisə yerində olan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib ki, Bakı şəhəri, Nəsimi rayonunda, 3-cü mikrorayon bazarı adlanan ərazidə baş vermiş yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinə çağırış axşam saat 17:27-də daxil olub.  

Artıq 5 dəqiqə sonra 17:32 dəqiqədə yanğınsöndürənlər ərazidə olub.  

Yanğınınsöndürülməsi üçün 17 yanğın söndürən maşın və 141 nəfərə yaxın şəxsi heyət hadisə yerinə cəlb olunub. 

O bildirib ki, yanğın bazarın bir hissəsində qeydə alınıb. 

Qeyd edək ki, yanğınla əlaqədar hadisə yerinə beş təcili tibbi yardım maşını cəlb olunub. Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir. 

Hazırda yanğın baş verən ərazidə tüstülənmənin qarşısı alınır. 

Həmçinin oxuyun

Azərbaycanda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunur

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunur. MediAktiv.az-ın məlumatına görə, Azərbaycanın azadlığı …