Cümə , Noyabr 22 2019
Home / Cəmiyyət / Gənc aktrisanın ürəyi dayandı

Gənc aktrisanın ürəyi dayandı

Gənc aktrisa Mila Əminə sünii nəfəs aparatından ayrılıb.

Mediaktiv.az xəbər verir ki, bu barədə İstanbulda olan müğənni Rəqsanə İsmayılova məlumat verib. Sənətçi bildirib ki, hazırda Mila Əminənin yatdığı klinikadadır: “Milanın ürəyi aparatda ola-ola dayanıb. Həkimlər orqanlarını çatdırıb götürə bilmədilər. Təzyiqi də çox düşmüşdü”.

Müğənni aktrisanın sabah dəfn olunacağını deyib: “Bu gün xəstəxanadan nəşini çıxarırlar. Sabah dəfn olunacaq. Çox pisəm. Anasını elə çarəsiz gördüm, çox pis oldum. Anası Milanı tək başına, atasız böyüdüb. Deyir, qəbiristanlıqda yatacam. Qızımdan sonra yaşaya bilmərəm”.

Xatırladaq ki, bu gün səhər saatlarında anası Milanın orqanlarını ehtiyacı olan xəstələrə bağışlayacağını açıqlamışdı. Lakin son anda vəziyyət dəyişib, Milanın orqanlarını götürmək mümkün olmayıb. Çünki onun ürəyi aparatdan ayrılmadan öncə dayanıb.

Həmçinin oxuyun

Ölkədə qızıl-gümüş bazarında ucuzlaşma var

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. MediAktiv.Az trend-ə istinadən xəbər verir ki, noyabrın 21-də qızılın qiyməti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir