Bazar , Avqust 9 2020
Home / Cəmiyyət / Gənclər arasında intellektual oyun keçirilib-FOTO

Gənclər arasında intellektual oyun keçirilib-FOTO

Naxçıvan şəhərində yerləşən Sahil Parkındakı “Sahil” kafedə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “BreynRinq” intellektual oyunu keçirilib.

MediAktiv.az NAXCİVANXEBERLERİ.COM-a istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən Gənclər Fondunun əməkdaşı Sübhan Rəhimli, Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov bildiriblər ki, oyunun keçirilməsində əsas məqsəd intellektual oyunların təbliğ olunması, hərəkatın kütləviləşməsinin təmin edilməsi və bu oyunlar üzrə ən güclülərin müəyyən edilməsidir. 8 komanda olmaqla, ümumilikdə, 48 gəncin iştirak etdiyi oyun 4 mərhələdə keçirilib. Əsasnaməyə uyğun olaraq yarımfinal mərhələlərindən etibarən iştirakçılara 5 sual, final mərhələsində isə 2 mərhələ olmaqla, 5 sual ünvanlanıb. Bir rinqdə daha çox xal toplayan komanda digər rinqdə qalib gələn komanda ilə görüşüb. Oyunun yekun nəticəsinə əsasən “Qasırğa” komandası qalib adını qazanıb. Sonda qalib komanda təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.  

Həmçinin oxuyun

Baş Nazir karantin rejimi ilə bağlı videomüşavirə keçirdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi …