Bazar , Sentyabr 19 2021
Home / Cəmiyyət / Görmə məhdudiyyətli uşaqlar arasında bilik yarışması təşkil olunub-FOTO

Görmə məhdudiyyətli uşaqlar arasında bilik yarışması təşkil olunub-FOTO

Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtının səmərəli təşkili, onların sərbəst yaşayış imkanlarının artırılması, istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,bu məqsədlə növbəti tədbir 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində təşkil olunub. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə keçirilən bilik müsabiqəsində bu dəfə görmə məhdudiyyətli uşaqlar iştirak ediblər. Onlar verilən sualları cavablandırıb, bilik və bacarıqlarını nümayiş etdiriblər. Müsabiqənin yekununda bütün iştirakçılara hədiyyələr təqdim olunub, yüksək nəticə göstərənlər diplomlarla təltif olunublar.

Həmçinin oxuyun

Bu tarixdə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların …