Cümə , May 29 2020
Home / Cəmiyyət / Hərbi qulluqçumuz şəhid oldu

Hərbi qulluqçumuz şəhid oldu

Fevralın 15-də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Bu barədə MediAktiv.az -a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Ələsgərov Seymur Eldar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Cəbhə xəttində vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür.

Həmçinin oxuyun

Müdafiə Nazirliyi Respublika Günü ilə bağlı video-çarx hazırlayıb – VİDEO

Müdafiə Nazirliyi 28 May – Respublika Günü münasibətilə video-çarx hazırlayıb.  MediAktiv.az  xəbər verir ki, videoda 102 …