Şənbə , Yanvar 16 2021
Home / Cəmiyyət / İğdır Universitetinin rektoru Naxçıvan Dövlət Universitetində olub-FOTO

İğdır Universitetinin rektoru Naxçıvan Dövlət Universitetində olub-FOTO

İğdır Universitetinin rektoru Naxçıvan Dövlət Universitetində olub. İkitərəfli görüşdə Naxçıvan Dövlət Universitetin rektoru Elbrus İsayev, İğdır Universitetinin rektoru, professor Mehmek Hakkı Alma, rektor köməkçisi və Fənn ədəbiyyat fakültəsinin dekanı, professor İbrahim Demirtaş, Ziraat fakültəsi dekanı,  professor Veli Uygur, Yapı işləri və Teknik Dairə Başkanı Nedim Duman iştirak edib. Rektor qonaqları salamlayaraq ali təhsil ocağının malik olduğu imkanlar, fakültələr, tədris olunan ixtisaslar və beynəlxalq əlaqələr haqqında geniş məlumat verib. Xalqımızın qazandığı qələbədə qardaş ölkənin də mənəvi dəstəyini yüksək qiymətləndirən rektor ölkələrarası münasibətləri birgə qardaşlığın ən yüksək nümunəsi kimi dəyərləndirib.  Universitetə qəbul olan əcnəbi tələbələrin siyahısında türkiyəli tələbələrin daha çox üstünlük təşkil etdiyini qeyd edən rektor bunun səbəbini dil, din birliyi, ortaq adət-ənənələrə sahib olmağımızla əlaqələndirib.

 NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən MediAktiv.az-a verilən məlumata görə, İğdır Universitetinin rektoru, professor Mehmek Hakkı Alma da öz növbəsində mənfur düşmən üzərində qələbəmiz münasibətilə  hər kəsi təbrik edib. Qeyd edilib ki, bu qələbə təkcə azərbaycanlıların deyil, bütün türk dünyasının qələbəsidir.

Görüşdə bütün elm-təhsil sahələrində ortaq layihələr həyata keçirmək, konfranslar, simpoziumlar  təşkil etmək, ortaq elmi araşdırmalar və nəşrlər aparmaq, elmi toplantılar təşkil etmək, tələbə-müəllim mübadiləsi həyata keçirmək, müxtəlif idman növləri üzrə universitetlərarası idman yarışları keçirmək məsələləri müzakirə edilib. Elmi rəqabətliliyin təmin ediməsi, tələbə, müəllim mübadiləsi, mədəniyyət, idman və.s sahələrdə birgə fəaliyyət, tələbə təqaüdü proqramları, elmi əməkdaşlıqda magistr və doktorantura proqramları, elmi tədqiqat sahələrində birgə araşdırmalar, tədqiqatlar aparmaq əsas fəaliyyət istiqamətləri kimi müəyyənləşdirilib. Görüşün sonunda Naxçıvan Dövlət Universiteti ilə qarşılıqlı əlaqələrə toxunub, birgə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Sonra Tibb fakültəsində olan qonaqlara məlumat verilib ki, 2019-cu ildə yenidən qurularaq istifadəyə verilən fakültə yüksək maddi-texniki baza ilə zənginləşdirilib. Tələbələrin bu ixtisas üzrə həm nəzəri, həm də  təcrübi dərslərin keçirilməsi üçün burada hər cür şərait mövcuddur. Yaradılan şəraitin nəticəsidir ki, bu il fakültəyə qəbul olan 336 xarici tələbədən 260-ı Türkiyə Respublikasındandır. Labarotoriyalarda olan qonaqlar Fitoterapiya və apiterapiya sahəsində Naxçıvan Dövlət Universiteti ilə gələcək əməkdaşlığın perspektivləri və ortaq layihələrlə bağlı müzakirələr aparıblar.

 Universitetin xəstəxanasında olan qonaqlar burada olan şəraitdən, qurub-yaradılan imkanlardan məmnunluqlarını ifadə ediblər. Baytarlıq ixtisasında olan qonaqlara məlumat verilib ki, bu ixtisas  üçün ayrıca binanın mövcudluğu göstərilən dövlət dəstəyinin birbaşa təzahürüdür. Pedaqoji fakültənin nəzdində fəaliyyət göstərən Texnologiya Mərkəzində – Toxuma və tikiş kabinəsi, Xalçaçılıq,  Kulinariya mərkəzi,  Ağac emalı və metalkəsmə emalatxanasında olublar. Həmçinin fakültədə yeni yaradılan  Atıcılıq mərkəzində olan qonaqlar universitetdə yaradılan imkanlardan məmnunluq duyublar. 

Həmçinin oxuyun

Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb

Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ …