Çərşənbə , Sentyabr 16 2020
Home / Cəmiyyət / İki rayon sərt karantin rejimi zonasından çıxarıldı, bir rayon yenidən daxil edildi

İki rayon sərt karantin rejimi zonasından çıxarıldı, bir rayon yenidən daxil edildi

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunacaq şəhər və rayonların siyahısından Siyəzən və Şəki rayonları çıxarılıb.

MediAktiv.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, avqustun 5-dən sonra qeyd olunan rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayacaq.

Yeni qərarla siyahıya Salyan rayonu yenidən daxil edilib.

Beləliklə, COVID-19 infeksiyasına yoluxma dinamikası nəzərə alınmaqla 2020-ci il 31 avqust saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi aşağıdakı şəhər və rayonlarda tətbiq olunacaq:

Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonları.

Qeyd edək ki, avqustun 5-dək sərtləşdirilmiş xüsusi karantin rejimi Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy və Göygöl rayonlarını əhatə edir.

Həmçinin oxuyun

Sakinlərin gündəlik tələbatı xidmət mərkəzində ödəniləcək – FOTO

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Camaldın kəndində xidmət …