Çərşənbə , Oktyabr 23 2019
Home / Cəmiyyət / İlham Əliyev Şamaxıya pul ayırdı

İlham Əliyev Şamaxıya pul ayırdı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şamaxı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

MediAktiv.Az xəbər verir ki, Sərəncama əsasən, Şamaxı rayonunda 2500 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 8 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.

Həmçinin oxuyun

İSBAM Kocaelidə Xocalı soyqırımı parkının salınmasına razılıq aldı

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Türkiyənin …