Cümə , May 29 2020
Home / Cəmiyyət / İmişlidə yol qəzası olub, ölən var – FOTO – VİDEO – YENİLƏNİB

İmişlidə yol qəzası olub, ölən var – FOTO – VİDEO – YENİLƏNİB

İmişli rayonunda yol qəzası baş verib.

MediAktiv.Az xəbər verir ki,Mil-Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonun Şahverdili kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncəliyev Vüsal Mustafa oğlunun idarə etdiyi “Renault Megane” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. 

Həmçinin oxuyun

Müdafiə Nazirliyi Respublika Günü ilə bağlı video-çarx hazırlayıb – VİDEO

Müdafiə Nazirliyi 28 May – Respublika Günü münasibətilə video-çarx hazırlayıb.  MediAktiv.az  xəbər verir ki, videoda 102 …