Bazar , Dekabr 6 2020
Home / Cəmiyyət / İnformasiya sorğusu hansı müddətdə icra edilməlidir?

İnformasiya sorğusu hansı müddətdə icra edilməlidir?

İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən informasiya sorğusu informasiya əldə etmək üçün yazılı və ya şifahi müraciətdir

Həmin Qanuna əsasən informasiya sorğusu ən qısa müddətdə, lakin 7 iş günündən gec olmayaraq icra edilir. Bu müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. İnsan həyatı, sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda axtarılması və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) təqdim edilir. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa, vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində məlumat verir.

İnformasiya sorğusunın bu Qanunla müəyyənləşdirilmiş icra müddəti sorğunun qeydə alındığı günün sonrakı iş günündən hesablanır.

Sualı Naxçıvan Muxtar Respubli­ka­sı­nın İnsan Hüquqları üzrə Mü­vək­ki­linin (Ombudsmanın) əməkdaşı cavablandırır.

Həmçinin oxuyun

Kəlbəcərin sonsuz gözəlliyi – FOTO

Biz 3 840 metrlik Murov dağını keçəndə Kəlbəcərin nəfəs kəsən gözəlliyi məni heyrətə gətirdi. MediAktiv.az-ın …