Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşan layihə çərçivəsində İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəllinin Türkiyəyə səfəri başa çatıb.
Qurumun İctimiayyətlə əlaqələr şöbəsindən MediAktiv.az-a verilən məlumata görə, İSBAM heyəti çox zəngin proqramla hərəkət edirlər: ” Onlar bir sıra vacib görüşlər və tədbirlər keçirib. İSBAM sədri İstanbul, Köcaeli, İzmit şəhərlərindəki nüfuzlu media nümunələri, televiziyalara Azərbaycandakı real vəziyyət, xüsusiə də Qarabağdakı müharibədən sonra yaşananlarla bağlı ətraflı müsahibələr verib. Türkiyə səfəri çərçivəsində Kocaeli Böyükşəhər Bələdiyyə başkanı, İzmit Bələdiyyə başqanı ilə görüşü olub. Azərbaycanın qazandığı zəfərlə bağlı əhalisi milyonlarla ölçülən şəhərlərin dövlət qurumlarının, siyasi partiyaların ordakı nümayəndələrinin və ictimaiyyətin iştirakı ilə geniş tədbirlər keçirilib”.
Ardınca İSBAM sədri Qars viyalətində məsuldar görüşlər keçirib.




