Bazar , Yanvar 10 2021
Home / Cəmiyyət / İşğaldan azad edilən rayonlara ilk mərhələdə ziyarət tipli turizmin təşkili nəzərdə tutulur – Agentlik

İşğaldan azad edilən rayonlara ilk mərhələdə ziyarət tipli turizmin təşkili nəzərdə tutulur – Agentlik

Erməni işğalından azad edilən Qarabağ və ətraf rayonların turizm imkanlarından tam istifadə üç əsas amil təmin edildikdən sonra mümkün olacaq.

MediAktiv.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

K.Quluzadə qeyd edib ki, bu amillər ilk növbədə təhlükəsizlik, əhalinin oraya qayıdışı və yaşayışının təmin olunmasıdır:

“Yaşayış olmayan yerdə, əslində, turizm də olmur. Üçüncü amil isə infrastrukturun yaradılmasıdır. Bu 3 amil olduqdan sonra Qarabağ və ətraf rayonlarda yeni turizm məhsulları yaradılacaq və o, yerli, xarici turistlərə təqdim ediləcək”.

Agentlik rəsmisi əlavə edib ki, həmin zonada ilk mərhələdə daxili turizmin təşkili əsas istiqamət olacaq.

Onun sözlərinə görə, bu bölgələrə ilk mərhələdə daha çox ziyarət tipli turizmin təşkili, infrastruktur tam bərpa edildikdən sonra isə istirahət turizminin təşkili nəzərdə tutulur.

Həmçinin oxuyun

Muxtar respublikada ailə, qadın və uşaq hüquqları qorunur

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması dekabr ayında da diqqətdə saxlanılmış, bir …