Bazar , İyul 12 2020
Home / Cəmiyyət / Karantindən sonra səfərə gedib-qayıdanlar karantinə yerləşdiriləcəkmi?

Karantindən sonra səfərə gedib-qayıdanlar karantinə yerləşdiriləcəkmi?

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası ölkədə karantin rejimi başa çatdıqdan sonra səfərə gedib-qayıdan Azərbaycan vətəndaşlarının 14 gün müddətinə karantinə yerləşdiriləcəyi ilə bağlı yayılmış söz-söhbətə münasibət bildirib. 

MediAktiv.az xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Hacıyev  açıqlamasında bildirib ki, bu məlumat həqiqəti əks etdirmir. 

O deyib: “Düşünürəm ki, bu fikir şəxsi mövqedən irəli gələrək səsləndirilib. Qeyd olunan məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi qərarı yoxdur. Vətəndaşlarımıza məsləhət görərdim ki, yalnız rəsmi məlumata inansınlar”.

Həmçinin oxuyun

XİN: Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır

Bu ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ …