Bazar , Sentyabr 26 2021
Home / Cəmiyyət / Kasıb təbəqəyə xoş xəbər

Kasıb təbəqəyə xoş xəbər

Milli Məclisdə büdcə zərfinin müzakirəsi davam edir

Milli Məclisin Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2018-ci ilin büdcəsi müzakirə edilir.

Sputnik Azərbaycan xəbər verir ki, iclasda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli post-neft dövrünün ilk illərində müəyyən maliyyə çətinliklərinə baxmayaraq, sosial sahəyə ayrılan maliyyənin azalmadığını deyib: “2018-ci ilin büdcəsi 2017-ci ilin büdcəsindən 20 faiz çoxdur. Yenə də bunun böyük bir hissəsi sosial müdafiə məqsədlərinə yönəlib. Gələn ilin büdcəsinin 33,5 faizi sosial məqsədlərə yönəlib. Əvvəlki illərdə isə bu rəqəm 26-28 faiz civarında olub. Büdcəmizin sosialyönümlü olduğu rəqəmlərdən də görünür”.

İclasda maliyyə nazirinin müavini Azər Bayramov çıxış edib.

Müzakirələr davam edir. Sputnik

 

Həmçinin oxuyun

Bu tarixdə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların …