Bazar , Yanvar 26 2020
Home / Cəmiyyət / Magistraturaya qəbulla bağlı mühüm dəyişiklik

Magistraturaya qəbulla bağlı mühüm dəyişiklik

MediAktiv.Az

Nazirlər Kabineti Azərbaycanın “Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”nda dəyişiklik edib.
Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsini nəzərdə tutur.
Qeyd edilməlidir ki, hazırda imtahanlar iki mərhələdə aparılır:
I mərhələ – ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi;
II mərhələ – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi.

Həmçinin oxuyun

Davosda “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda BP şirkətinin baş icraçı direktoru Robert Dadli …