Cümə , May 29 2020
Home / Cəmiyyət / MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrini qüvvədə saxladı

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrini qüvvədə saxladı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 77 saylı Astara Seçki dairəsindən namizəd olan Rəşad Həsənov və digər namizədlərin şikayətinə baxılıb.

MediAktiv.az -ın məlumatına görə, bu barədə MSK üzvü Validə Kazımova məlumat verib. O bildirib ki, MSK hər üç namizədin şikayətinin eyni məzmunda olmasını əsas gətirərək şikayətlərin hər üçünə baxıb: “Araşdırma prosesində məlum olub ki, iddia edilən qanun pozuntuları öz təsdiqini tapmadığından şikayət nəticəyə təsir etməyib”.

MSK 77 saylı Astara Seçki Dairəsi üzrə səsvermənin nəticələrinin qüvvədə qalması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Rəşad Mahmudovdur.

Həmçinin oxuyun

Müdafiə Nazirliyi Respublika Günü ilə bağlı video-çarx hazırlayıb – VİDEO

Müdafiə Nazirliyi 28 May – Respublika Günü münasibətilə video-çarx hazırlayıb.  MediAktiv.az  xəbər verir ki, videoda 102 …