Cümə axşamı , Noyabr 21 2019
Home / Cəmiyyət / Müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək

Müəllimlər üçün ixtisasartırma proqramı təşkil ediləcək

Paytaxtda orta məktəblərin ibtidai sinif müəllimləri, məktəbəhazırlıq qruplarında dərs deyəcək pedaqoqlar, xüsusi məktəblərin müəllimləri və tərbiyəçiləri, defektoloqlar üçün ixtisasartırma proqramı təşkil ediləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mediaktiv.az-a verilən məlumata görə, proqram Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

“Nitq qüsurlarının korreksiyası” mövzusunda ixtisasartırma proqramı çərçivəsində təlimlər avqustun 21-dən 25-dək davam edəcək.

Proqram kiçik yaşlı şagirdlər və məktəbəqədər təhsil müəssisələrindəki uşaqlar arasında ən geniş yayılmış nitq qüsuru – dislaliya haqqında geniş bilikləri əks etdirir.

Həmçinin oxuyun

Ölkədə qızıl-gümüş bazarında ucuzlaşma var

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb. MediAktiv.Az trend-ə istinadən xəbər verir ki, noyabrın 21-də qızılın qiyməti …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir