Çərşənbə , Aprel 14 2021
Home / Cəmiyyət / Müdafiə Nazirliyinin nümayəndələri Rəşad Atakişiyevin məzarını ziyarət edib

Müdafiə Nazirliyinin nümayəndələri Rəşad Atakişiyevin məzarını ziyarət edib

Müdafiə nazirinin tapşırığına əsasən, təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həlak olmasının ildönümündə Nazirliyin nümayəndələri tərəfindən onun məzarı ziyarət olunub, əklil qoyulub və xatirəsi ehtiramla yad edilib.

Bu barədə MediAktiv.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Anma mərasimində Hərbi Hava Qüvvələrinin zabiti, polkovnik Elşad Pənahov çıxış edərək R.Atakişiyevin Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində özünü peşəkar, nümunəvi, vətənpərvər zabit kimi göstərdiyini və onun xidmətlərinin həmişə yüksək qiymətləndirildiyini qeyd edib.

Həmçinin oxuyun

YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” …