Şənbə , İyul 4 2020
Home / Cəmiyyət / Muxtar respublikada fövqəladə hallara hazırlıq diqqətdə saxlanılır

Muxtar respublikada fövqəladə hallara hazırlıq diqqətdə saxlanılır

Aprel ayında muхtаr rеspublikаdа əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulmuş vəzifələr icrа olunmuşdur. 3 oktyabr 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə qoyulmuş tapşırıqların icrasını təmin etmək məqsədilə fövqəladə hallar zamanı fəaliyyəti zəruri olan 54 müəssisə və təşkilatın fövqəladə hallara hazırlığı yoxlanılmış, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üzrə müvafiq tövsiyələr verilmişdir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə, muxtar respublikada virus infeksiyalarına və yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin keçirilməsinə Nazirliyin şəxsi heyəti cəlb edilərək Naxçıvan şəhəri, rayon və kənd mərkəzləri, habelə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və hərbi şəhərciyi, sərhəd və gömrük keçid məntəqələri, Əlahiddə Ümumqoşun Ordunun hərbi şəhərcikləri və hərbi hissələri, Daxili Qoşunların “Naxçıvan” Əməliyyat Briqadası, hərbi şəhərciyi, Polis məktəbi və Hərbi lisey dezinfeksiya olunmuşdur.

Hesabat dövründə Əlahiddə Ümumqoşun Orduda keçirilən toplantılarda nazirliyin müvafiq vəzifəli şəxsləri, çöl-səhra şəraitində keçirilən ixtisas məşğələlərində pirotexniklər iştirak etmişdir. Həmçinin Ordunun Təlim-Tədris Mərkəzində 6 müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu ixtisasartırma kursunu başa vuraraq müvafiq sertifikatla təmin edilmişdir.

Sənаyеdə və dаğ-mədən sаhələrində tехniki təhlükəsizliyin təmin оlunmаsı məqsədilə 26 təhlükə pоtеnsiаllı оbyеktdə yохlаmа kеçirilmiş, 8 müəssisədə 68 nəfərin iştirakı ilə maarifləndirmə işi aparılmış, 1 müəssisə dövlət reyestrində qeydiyyata alınmış və 3 texnoloji nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilmişdir. 18 qurğu texniki təhlükəsizlik sertifikatı ilə təmin edilmiş, 23 texnoloji nəqliyyat vasitəsi texniki baxışdan keçirilmiş, 1 müəssisəyə lisenziya verilmiş, 1 müəssisədə isə əvvəlcədən verilmiş lisenziyanın şərtlərinə əməl olunması yoxlanılmışdır. 10 tibb müəssisəsində radiasiya təhlükəsizliyinin vəziyyəti yoxlanılmış, 2 tibb müəssisəsinə radioloji-gigiyenik pasport verilmişdir.

Təbii qazdan və elektrik enerjisindən istifadə zamanı məsrəfçiliyin qarşısının alınması və yanğın təhlükəsi yarada biləcək sahələrin ləğv edilməsi məqsədilə yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə 3 min 586 yaşayış evinə baxış keçirilmiş, 51 elektrik və 114 şlanqla çəkilmiş qaz xəttinin yeri dəyişdirilmiş, 8 qazla işləyən nasaz suqızdırıcısının və 151 tezqatlanan tüstü borusunun istismarı dayandırılmışdır. Daşınmaz əmlakın icbari sığortası ilə bağlı müəssisə və təşkilatlarda izahat işləri aparılaraq 29 obyektdə icbari sığorta müqaviləsinin bağlanılması təmin edilmişdir.

Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən 48 tikinti obyektində işlərin tikinti norma və qaydalara uyğun aparılmasına nəzarət olunmuş, yeni tikilən 38 obyektin layihə-smeta sənədləri ekspertizadan keçirilmiş, istismara verilmiş 4 obyektin “İstismara hazırlıq aktı” tərtib olunmuşdur. Şərur şəhərində Bayraq Meydanının tikintisi ilə bağlı müəyyən olunmuş sahədən götürülmüş qrunt nümunələrinin fiziki-mexaniki xüsusiyyətləri laboratoriyada araşdırılmış və müvafiq mühəndis-geoloji hesabat hazırlanmışdır.

Həmçinin oxuyun

“Türkiyenin Sesi” Radiosu və Azərbaycan Radiosu birgə yayımlara başlayır

Azərbaycanın və Türkiyənin dövlət radioları yeni layihəyə başlayırlar. MediAktiv.az-ın məlumatına görə, “Türkiyenin Sesi” Radiosu və …