Cümə axşamı , İyun 4 2020
Home / Cəmiyyət / Muxtar respublikada qadınlar daim qayğı ilə əhatə olunurlar

Muxtar respublikada qadınlar daim qayğı ilə əhatə olunurlar

8 Mart – Beynəlxalq Qadınlar Günü hər ilAzərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında təntənəli şəkildə qeyd olunur. Azərbaycan qadını tarixboyu ictimai fəallığı, Vətənə sədaqəti, ailəyə bağlılığı, fədakarlığı və qəhrəmanlığı ilə seçilmişdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən MediAktiv.az -a verilən məlumata görə, qadınlarımız ailə dəyərlərimizin formalaşmasında və möhkəmlənməsində misilsiz xidmətlər göstərmişlər. Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin hər iki dövründə qadın amilinə yüksək dəyər verərək onların hüquqlarının müdafiəsi, problemlərinin həlli, dövlət idarəçiliyi sistemində təmsil olunması, bütün sahələrdə öz layiqli yerini tutması, cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirmişdir. “Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşlisəhifələrinəAzərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir”, – deyən ümummilli liderin bu sözlərində Azərbaycan qadınına verdiyi böyük dəyəri görmək olar. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiq etmişdir. Həmçinin ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” 1998-ci il 14 yanvar tarixli Sərəncamı və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” 2000-ci il 6 mart tarixli Fərmanı ölkənin sosial-siyasi, iqtisadi və mədəni həyatında qadınların rolunu artırmaq məqsədilə imzalanmış mühüm dövlət sənədləri olmuşdur. Bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qadın siyasəti daha geniş müstəvidə həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qadınlarımıza yüksək qiymət verərək demişdir: “Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasındaAzərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır”. Naxçıvan Muxtar Respublikasında da qadınların cəmiyyətin ictimaisiyasi həyatında rolu getdikcə artır. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtarrespublikada həyata keçirilən dövlət-qadın siyasəti ilə bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycanda qadın adının həmişə uca tutulduğunu, qadına böyük ehtiram göstərildiyini bildirərək demişdir: “Gələcəyini düşünən hər bir ölkə qadına yüksək dəyər verir. Bu gün Azərbaycan qadınları da cəmiyyətin hər bir sahələrində uğurla çalışır. Təhsili, dünyagörüşü və mədəni səviyyəsi ilə seçilir. Eləcə də ölkəmizi beynəlxalq aləmdə təmsil edir. Eyni zamanda bu gün qadınlarımız ailənin aparıcı qüvvəsidir. Çünki ölkəmizin gələcəyi vətənpərvər və təhsilli gənclərdən asılıdır. Vətənpərvər, təhsilli və dünyagörüşlü gənclərin yetişməsində isə anaların böyük əməyi vardır”. Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtarrespublikada qadınlara verilən hərtərəfli dəstəyin, onların hüquqlarının yüksək səviyyədə müdafiə edilməsinin göstəricisidir. Muxtar respublika əhalisinin 50 faizi, yəni 230 min 32-si qadındır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Naxçıvan qadınlarının ictimai-siyasi fəaliyyəti ildən-ilə artır. Bunu statistik rəqəmlər də təsdiq edir. Hazırda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 45 deputatından 11-i qadındır. Həmçinin Naxçıvan Muxtar Respublikasından Azərbaycan Milli Məclisinə seçilən 7 deputatdan 1-i qadındır. Bu gün qadınların Yeni Azərbaycan Partiyasında təmsilçiliyi də sürətlə artmaqdadır. Hazırda muxtar respublika təşkilatı üzvlərinin 24 min 840-ı, yaxud 44 faizi qadındır ki, onların da 104-ü ərazi ilk partiya təşkilatının sədridir. Sonuncu bələdiyyə seçkilərində üzvlərin 215-ni qadınlar təşkil edib ki, onların da 9-u bələdiyyə sədridir. Eyni zamanda Naxçıvan qadınları muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər. Belə ki, muxtar respublikada Ombudsman, nazir, komitə sədri, icra başçılarının müavinləri, rektor, hakim və vəkil vəzifələrində çalışan qadınlarımız da vardır. Həmçinin dövlət qulluğunda işləyənlərin 21, təhsil sahəsində işləyənlərin 68, mədəniyyətsahəsində işləyənlərin 65, səhiyyə və sosial təminat sahəsində işləyənlərin isə 76 faizi qadınlardır. Təhsil, mədəniyyət, səhiyyə və sosial xidmət müəssisələrində 111 qadın rəhbər vəzifələrdə çalışır. Muxtar respublikada qadınlarımızın idmana cəlb edilməsi də diqqət mərkəzində saxlanılır. Belə ki, 9 mindən artıq qadın idmanın müxtəlif növləri ilə məşğul olur ki, bu da idmanla məşğul olanların 25 faizi deməkdir. Naxçıvan qadınları Azərbaycan elminə mühüm töhfələr verərək elmi dərəcələr almışlar. Belə ki, muxtar respublikada elmlər doktorlarının 4-ü, fəlsəfə doktorlarının isə 100-ü qadındır. Bu da ümumi elmi dərəcəsi olan şəxslərin 35 faizini təşkil edir. 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrinə daxil olan abituriyentlərin 48 faizini, yəni 819-nu qızlar təşkil etmişdir ki, bunların içərisində 500-700 intervalında bal toplayanların 172-si, yaxud 61,2 faizi qızlar olmuşdur. Qadınların sağlamlıqlarının qorunması, dünyaya gələn yeni nəslin sağlam doğulması və böyüməsi, körpə və ana ölümünün minimuma endirilməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunmuşdur. Qadınların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri üçün də bir sıra tədbirlər görülür, istedad və bacarıqlarının inkişaf etdirilməsi üçün muxtar respublikada xalçaçı, dərzi, ağac üzərində oyma və sair peşə kursları təşkil olunur. Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq sağlamlıq imkanları məhdud, eləcə də aztəminatlı ailənin üzvü olan qadınlar peşə kurslarına cəlb olunur, məşğulluq problemləri aradan qaldırılır. Muxtar respublikada qadınlar ildən-ilə kiçik və orta sahibkarlıq fəaliyyəti sahəsində geniş imkanlarla əhatə olunaraq müvafiq sahədə təmsil olunmağa başlayıblar. 2020-ci il 1 yanvar tarixə olan statistik məlumata əsasən qeydiyyatda olan qadın sahibkarların sayı 6 min 667-dir. Onlardan 58-i hüquqi, 6 min 609-u isə fiziki şəxslərdir. Hazırda muxtar respublikada 940 ailə təsərrüfatı qeydiyyata alınmışdır ki, bunun da 67-si qadınlar tərəfindən idarə olunur. Bununla yanaşı, qadınların istedad, bacarıq və potensiallarının üzə çıxarılması, həmçinin ailə və milli dəyərlərimizi, adət-ənənələrimizi qorumaq və gələcək nəsillərə çatdırmaq məqsədilə onların rəsm və əl işlərindən ibarət sərgi-satışlar keçirilir, hazırladıqları əl işləri nümayiş olunur. 2019-cu ildə qadınların əl işləri mağazasında və festivallarda, eləcə də keçirilən məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlarda 378 istedadlı şəxsin 22 min 133 manatdan çox dəyərdə 2042 əl işisatılaraq dəyərləri iş sahiblərinə ödənilmişdir. Muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, muxtar respublika qadınlarının 166-sı Azərbaycan Respublikasının, 172-si isə Naxçıvan Muxtar Respublikasının fəxri adına və mükafatına layiq görülmüş, 148 qadın orden, medal və nişanlarla təltif olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycan qadınının ictimai həyatımızdakı mövqeyi dilimizə, Vətənimizə, torpağımıza, dövlətimizə, milli dəyərlərimizə və Azərbaycançılıq məfkurəsinə sədaqət nümunəsi olmuşdur və gələcəkdə də olacaqdır”. Muxtar respublikada qadınlar daim qayğı ilə əhatə olunurlar Muxtarrespublika qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Muxtar respublikada qadınların həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına ən ciddi təminatlardan biridir.

Həmçinin oxuyun

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmaya bilər. MediAktiv.az  xəbər verir ki, bu barədə Qafqaz …