Şənbə , Sentyabr 19 2020
Home / Cəmiyyət / Muxtar respublikada sosial xidmətə qəbul edilmiş tənha ahıl vətəndaşların Ahıllar Evinə səfəri təşkil olunub-FOTO

Muxtar respublikada sosial xidmətə qəbul edilmiş tənha ahıl vətəndaşların Ahıllar Evinə səfəri təşkil olunub-FOTO

Muxtar respublikada ahıl insanlar dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub və bu qayğı ildən-ilə artmaqdadır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən MediAktiv.az -a verilən məlumata görə, onlara müxtəlif növ sosial xidmətlərin göstərilməsi, maddi-məişət şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Hazırda tənha yaşayan və hərəkət qabiliyyəti məhdud olan 216 nəfərə evlərində, 6 nəfərə isə Ahıllar Evində sosial xidmət göstərilir. Ahıllar Evində sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılıb. Həmçinin, burada istirahət, idman və əmək terapiyası otaqları, kitabxana da fəaliyyət göstərir. Sakinlər üçün mütaliə saatları təşkil olunur, masaüstü oyunlardan ibarət yarışlar keçirilir. Eyni zamanda asudə vaxtlarının səmərəli təşkili üçün burada audio kitabxana xidməti yaradılıb. Sakinlərin istəklərini nəzərə alaraq, hər həftə təşkil olunan kino saatında Azərbaycan filimləri nümayiş etdirilir.

Fevralın 13-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada sosial xidmətə qəbul edilmiş tənha ahılların Şahbuz rayonunda yerləşən Ahıllar Evinə səfəri təşkil olunub. Tədbir çərçivəsində onlar burada yaradılmış şəraitlə tanış olub, sakinlərlə görüşüblər. Çay süfrəsi ətrafında davam edən görüşdə sakinlər tərəfindən qeyd olunub ki, burada onlara mütəmadi tibbi və sosial reabilitasiya xidməti göstərilir. İl ərzində əlamətdar günlərdə onlarla görüşlər keçirilir, asudə vaxtlarının səmərəli təşkili məqsədilə muxtar respublikanın görməli yerlərinə, tarixi-dini mədəniyyət abidələrinə gəzintiləri təşkil olunur.

Qeyd edək ki, tədbirdə muxtar respublikanın şəhər və rayonlarından ümumilikdə 18 tənha ahıl iştirak edib.

Həmçinin oxuyun

Dövlət Komitəsi: Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırılıb

Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didər­gin düşən insanların problemləri Azərbaycan dövlətinin …