Bazar ertəsi , İyul 6 2020
Home / Cəmiyyət / Muxtar respublikada tütün əkininə başlanılıb

Muxtar respublikada tütün əkininə başlanılıb

Muxtar respublikada tütün əkinlərinə start verilib. İstixana şəraitində yetişdirilən tütün şitilləri əraziyə köçürülür.

MediAktiv.az xəbər verir ki, Kəngərli rayonunun Xıncab və Təzəkənd ərazisində 5 hektar sahədə “İzmir” və “Virciniya” sortundan olan tütün əkilib. Ərazinin relyefi nəzərə alınaraq, tütün əkilməsi üçün əvvəlcədən torpaq hazırlıq işləri görülüb. Əkin işləri mexaniki üsulla həyata keçirilir. 25 kənd sakini burada mövsümi işlə təmin olunub.

Qeyd edək ki, “Cahan Tabak” Beynəlxalq Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ötən il muxtar respublikada 50 hektar sahədə tütün əkini aparılıb. Sahələrdən 96 ton quru tütün əldə olunub. Bu il də muxtar respublikada 50 hektar sahədə tütün əkinlərinin aparılması nəzərdə tutulub.

Həmçinin oxuyun

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür məktubu göndərib. MediAktiv.az-ın məlumatına görə, …