Bazar , Sentyabr 20 2020
Home / Cəmiyyət / Muxtar respublikada vergilərin və sığorta haqlarının vaxtında büdcəyə köçürülməsi təmin olunub

Muxtar respublikada vergilərin və sığorta haqlarının vaxtında büdcəyə köçürülməsi təmin olunub

Muxtar respublikada vergi ödəyicilərinə maliyyə dəstəyinin göstərilməsi fonunda sahibkarlıq fəaliyyətinin daha da gücləndirilməsi və genişləndirilməsi istiqamətində işlər davam etdirilib, həmçinin ödəyicilər vergi və digər qanuni ödənişləri vaxtında büdcəyə köçürüb.

MediAktiv.az NAXCİVANXEBERLERİ.COM-a istinadən verdiyi məlumata görə, cari ilin iyun ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş proqnoz 104,4 faiz icra edilib.

Vətəndaşların sosial təminatlardan yararlanması üçün ödənilməsi zəruri olan məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 108,7 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 104,2 faiz əməl edilib. İstər vergilər üzrə, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.

Muxtar respublikamızda iqtisadi potensialın səmərəli istifadəsini təmin etmək məqsədilə özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, xüsusilə, rayonlarda mikro sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Dövlət Vergi Xidmətinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsi ilə iyun ayında 2 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Bundan əlavə qeyd olunan dövrdə yerli vergi orqanları tərəfindən 263 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 79 faizi muxtar respublikanın rayonlarının payına düşüb.

Həmçinin oxuyun

Dövlət Komitəsi: Məcburi köçkünlərin uçot və qeydiyyatı elektronlaşdırılıb

Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasəti nəticəsində doğma yurdundan didər­gin düşən insanların problemləri Azərbaycan dövlətinin …