Bazar , İyul 12 2020
Home / Cəmiyyət / Muxtar respublikanın ailə təsərrüfatçısı beynəlxalq aqrovirtual sərgidə iştirak edib

Muxtar respublikanın ailə təsərrüfatçısı beynəlxalq aqrovirtual sərgidə iştirak edib

Ötən günlərdə Türkiyə Respublikası Ticarət Nazirliyinin təşkilati dəstəyi ilə beynəlxalq “Agrivirtual – Kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların” virtual sərgisi təşkil olunub.

MediAktiv.az NAXCİVANXEBERLERİ.COM-a istinadən verilən məlumata görə, virtual sərgidə Türkiyə Respublikasının orqanik qida, heyvandarlıq və kənd təsərrüfatı üzrə fəaliyyət göstərən 100-dən artıq şirkəti iştirak etmişdir.

Azərbaycanın digər regionları ilə yanaşı muxtar respublikanın qabaqcıl ailə təsərrüfatçılarından olan Mehparə Hüseynova da həmin sərgidə iştirak etmişdir.

Sərgi zamanı Mehparə Hüseynova innovativ kənd təsərrüfatı avadanlıqları, torpaq məhsuldarlığın artırılmasının intensivliyi, Türkiyə Respublikasına məhsul ixracı imkanları mövzularında “Selçuk” Universitetinin, “Prime” Agentliyinin və “MAİB” avadanlıq ixracatçıları assosasiyasının keçirdiyi onlayn seminarlarda iştirak etmiş, iştirakçı şirkətlərlə təcrübə mübadiləsi aparmışdır.

İqtisadiyyat Nazirliyinin xətti ilə muxtar respublika təsərrüfatçılarının bu cür beynəlxalq tədbirlərdə iştirakı beynəlxalq təcrübənin öyrənilməsi, yeni tərəfdaşların tapılması, ailə təsərrüfatları arasında təcrübə mübadiləsi aparılmasında əhəmiyyətli vasitədir.

Qeyd edək ki, “Agrivirtual – Kənd təsərrüfatı və heyvandarlıq üzrə avadanlıqların” virtual sərgisi Türkiyənin aqrar sektorda ilk virtual sərgisidir.

Həmçinin oxuyun

TƏBİB reanimasiyada olan koronavirus xəstələrinin sayını açıqladı

Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 49 nəfərdir. Bu barədə MediAktiv.az Tibbi Ərazi Bölmələrini İdarəetmə …