Cümə , Aprel 10 2020
Home / Cəmiyyət / “Naxçıvan bəşəriyyətin evidir”- Piter Teys

“Naxçıvan bəşəriyyətin evidir”- Piter Teys

“Təsəvvür edirsinizmi, XII-XIII  əslər  İslam  Şərqi və bu Şərqin bir hissəsində yerli memarlar tərəfindən  qadın şərəfinə abidələr ucaldılır. Mömünə xatın türbəsi və Qudi xatun türbələri.

Bunu ilk dəfə Naxçıvanda eşidəndə düzü təəccübləndim. Halbuki qədim Şərqi elə təqdim edirlər ki, guya keşmişdə burda qadınların heç hüququ olmayıb.  Ancaq Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə yaxından tanış olanda bu torpağın insanlarının sevgisi, qonaqpərvəliyi və üzügülərliyi diqqətimi çəkdi. Öyrənəndə ki, Naxçıvan 1992 –ci ildən  təcavüzkar Ermənistanın terrorçu əsgərləri tərəfindən blokadaya salınıb inanmaq istəmədim. Sonra bildim ki,  böyük Azərbaycanla Naxçıvan yalnız hava yolu –təyyarə ilə  əlaqə saxlayır. Bu çətinliyin  müqabilində  Naxçıvandakı tərəqqi, iqtisadi inkişaf, geniş yollar, yenilənən yaşayış binaları, tikinti bumu məni valeh elədi. Anladım ki, ən çətin məqamda qurmaq, yaratmaq, bir bini sevmək  və həyat eşqi ilə sabaha baxmaq burda yaşayan insanların, ümumilikdə xalqın qanındadır” – bunları Naxçıvan həqiqətlərini dünyaya çatdıran Amerikalı jurnalist Piter TEYS  yerli jurnalistlərlə görüşündə etiraf edib. “Mən Naxçıvanı Miçiqanın mərkəzində olan bir əraziyə bənzətdim. Burda Şərqlə Qərbin vəhdəti var. Təmiz şəhər, abad yollar, sağlam kənd təsərrüfatı, təbii sərvətlərdən səmərəli və məqsədli şəkildə istifadə- bunlar əhalisi 450 mindən artıq olan bir muxtar respublika üçün çox böyük işlərdir. Nəzərə alsaq ki, Sovet dönəmində Naxçıvan ucqar bir yer kimi diqqətdən uzaq qalıb. Amma bu gün burda analoqu olmaq bir mühit, infrasturuktur var ”- Bunlar da amerikalı qonağın fikirləridir. Piter Teys bir neçə il əvvəl Bakıda keçirilən beynəlxalq form çərçivəsində Azərbaycanın ayrılmaz hissəsi olan  Naxçıvana gəlib. İlk dəfə bura gələndə sakitlik və təmizlik jurnalist və araşdırmaçı qonağın diqqətini  çəkir. Yaxından tanış olduğu şərq koloritli, kökü qədim türklərə dayanan azərbaycanlılar onda dərin təəssürt yaradır. İndi isə bu torpağın , muxtar respublikanın zəngin irsini, ənənəsini, tarixini və mədəniyyətini öz yazılarında  dünyaya çatdırır.  Niyə bütün bunları edirsinzi? Sualının cavabı isə birdir – “Mən həqiqətin tərəfindəyəm. Bura haqqında dünyanın bilməli olduğu çoxlu həqiqətlər var. Bura haqsız olaraq Ermənistan  tərəfindən təcavüzə məruz qalıb. Bu dəhşətdir. Dünya Şimali Koreyanın raketlərindən qorxur. Amma dünya üçün ən qorxunc düşmən Ermənistandır.Bundan başqa , təəssüf ki, nəinki mənim yaşadığım Amerikada, heç dünyada çoxları bilmir ki, insanlığın ikinci Atası sayılan Nuh peyğəmbər tufandan sonra çəkilən sudan məhz  bu məkanda torpağa çıxıb. Onun şərəfinə dünyada ucaldılan yeganə, təməl tarixi  eramızın 6-7 ci əsrlərinə aid  olan  məzarüstü abidə də burdadır. Nuhla bağlı həqiqətlərin burdakı toponimlərdə yaşaması bu mifin həqiqət olduğunu təsdiq edir. Çünki , çoxları hələ də Nuh tufanına bir əfasanə kimi baxır. Naxçıvan sözün əsl mənasında Nuhun çıxdığı yerdir. Burdakı Duz dağ mağarasında duz istehsal edilir. Hətta arxeoloqlar mənə deyəndə ki, Nuh peyğəmbər bu duz mədənlərində çalışıb. Buna şübhəm olmadı. Çünki Naxçıvan şəhəri elə bu zəngin- 90 mliyon ton ehtiyatı olan təbii duz yataqlarına  görə 7 min ildir mövcuddur. Elə Naxçıvan da azərbaycan türkcəsində- “Nuh çıxan” sözünün assimlyasiyasıdır.” Piter Teys yerli juralistlərə bir səmimi etiraf da etdi- “Mən Naxçıvanda özümü öz evimdəki kimi rahat hiss edir  və  burda qrədibə  bir doğmalıq duyuram. Buranın insanlarının səmiyyəti və mehribanlığından başqa , məncə  bura insanlığın ikinci dəfə doğulduğu yer olduğu üçün  mənə bu qədər doğmadır. Naxçıvan bütün bəşəriyyətin evidir. Onu təkcə mən Piter Teys deyil , hamı sevməli və buranı min illik həqiqətləri ilə birlikdə  qorumalıdır !”

Səməd Canbaxşiyev

Həmçinin oxuyun

Azərbaycanda özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfə çoxalıb

Azərbaycanda son 5 ildə özəl məktəbəqədər təhsil müəssisələrinin sayı 3 dəfədən çox artıb. MediAktiv.az-ın məlumatına …