Cümə axşamı , İyun 4 2020
Home / Cəmiyyət / Naxçıvan Bölməsində elmi-tədqiqatlar uğurla davam etdirilir

Naxçıvan Bölməsində elmi-tədqiqatlar uğurla davam etdirilir

AMEA-nın Naxçıvan Bölməsində COVID-19 virusu ilə əlaqədar ölkədə elan olunan karantin rejiminin şərtlərinə ciddi riayət edən əməkdaşlar elmi fəaliyyətlərini cari ilin iş planına uyğun məsafədən uğurla davam etdirirlər.

AMEA Naxçıvan Bölməsinin İctimaiyyətlə əlaqələr və İnformasiya şöbəsindən MediAktiv.az-a verilən məlumata görə,Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim və orta əsrlər tarix şöbəsində nəzərdə tutulan elmi-tədqiqat işləri istiqamətində tədqiqatlar aparılır. Şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın XVIII əsrin birinci yarısına aid ictimai-siyasi vəziyyəti tədqiqata cəlb edilib. Hazırda “Səfəvi, Əfşar, Rusiya və Osmanlı dövlətlərinin Azərbaycan siyasətində Naxçıvan (XVIII əsrin I yarısı)” adlı monoqrafiya nəşrə hazırlanır.

Qeyd edək ki, ötən illərdə şöbədə orta əsrlər dövründə Naxçıvanda inkişaf etmiş sənətkarlıq sahələri araşdırılıb. Naxçıvanın XIII-XVIII əsrlər dövründə siyasi vəziyyəti, iqtisadi həyatı, coğrafiyası və əhalisi tədqiq olunub. Şöbənin əməkdaşları tərəfindən Naxçıvanın epiqrafik abidələrinə və Azərbaycan tarixinin müxtəlif problemlərinə aid 600-dən artıq elmi və elmi kütləvi əsər, o cümlədən 40-dan artıq kitab, monoqrafiya, dərs vəsaiti, metodik vəsait və dərs proqramı, 380-dan artıq elmi məqalə və tezis nəşr edilib.

Həmçinin oxuyun

Azərbaycandan bu il Həcc ziyarəti olmaya bilər

Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmaya bilər. MediAktiv.az  xəbər verir ki, bu barədə Qafqaz …