Cümə axşamı , Noyabr 26 2020
Home / Cəmiyyət / Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq konfransda iştirak edib

Naxçıvan Bölməsinin əməkdaşı beynəlxalq konfransda iştirak edib

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov İran İslam Respublikasının Təbriz Universitetində keçirilən “Şəhriyar Elm və Mədəniyyət” beynəlxalq konfransında iştirak edib.

Naxçıvan Bölməsinin Mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə,Azərbaycan, Türkiyə və Gürcüstan ədəbiyyatşünaslarının zoom proqramı ilə qatıldığı beynəlxalq tədbirdə Fərman Xəlilov “Ustad Məhəmmədhüseyn Şəhriyarın Mirzə Əli Möcüz Şəbüstərinin ədəbi isinə münasibəti” adlı məruzəsi dinlənilib. Alim tədqiqat materialları əsasında görkəmli şair Məhəmmədhüseyn Şəhriyarın Möcüzün ədəbi irsi ilə necə tanış olmasından söz açıb, onun Möcüz yaradıcılığına verdiyi yüksək qiymətdən danışıb və Möcüzün ədəbi ənənələrinə bağlılığının bəzi məqamlarını konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Həmçinin oxuyun

Düşmənin kabusuna çevrilən şəhid mayor Rüfət Əsgərov – VİDEO

Qələbəni bizə qazandıran qəhrəmanlarımızdan nə qədər danışsaq yenə də azdır. Əslən Qubadlı rayonundan olan şəhid …