Bazar ertəsi , İyul 13 2020
Home / Cəmiyyət / Naxçıvan Dövlət Universiteti tələbələri Almaniyaya təlimə göndərilir

Naxçıvan Dövlət Universiteti tələbələri Almaniyaya təlimə göndərilir

Naxçıvan Dövlət Universiteti Elektroenergetika ixtisasının tələbələrindən 7 nəfəri bir həftə ərzində Almaniyaya təlimə göndərilir. Günəş panellərinin istehsalı prosesi və digər alternativ enerji texnologiyalarının tətbiqi sahəsinə həsr olunan təlim “Pure Energy Development” SARL şirkətinin Almaniyanın Wismar şəhərindəki fabrikində keçiriləcək.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERELERİ.COM-a verilən məlumata görə, universitetin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev tələbələrlə görüşüb, onlara uğurlar arzulayıb. Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunmasında alternativ və bərpaolunan enerji mənbələrindən istifadənin mühüm əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb. Rektor tələbələrin təlimdə iştirakını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun universitetə birbaşa qayğısı kimi dəyərləndirib, gənclərə gələcəkdə əsl peşəkar kadr kimi formalaşıb muxtar respublikanın bu sahə üzrə mütəxəssisi olmağı tövsiyyə edib.

Həmçinin oxuyun

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb. …