Bazar , Sentyabr 19 2021
Home / Cəmiyyət / Naxçıvan Dövlət Universitetində 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş konsert keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetində 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş konsert keçirilib-FOTO

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının müəllimi, Prezident mükafatçısı Sərxan Abdullaevin 26 iyun Silahlı Qüvvələr gününə həsr olunmuş solo konserti keçirilib.

MediAktiv.az -ın NAXCİVANXEBERLERİ.COM-a istinadən verdiyi məlumata görə, fakültənin müəllimlərinin müşayiət etdiyi konsert universitetin rəsmi facebook üzərindən canlı yayımlanıb. Azərbaycan bəstəkarları – C. Cahangirov, E.Mansurov, S. Rüstəmov  və digər mahnılardan ibarət konsertdə bir-birindən gözəl ifalar səsləndirilib.

Sonda Azərbaycan Respublikasının Əməkdar artsitləri Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, universitetin yetirməsi  İlkin Abdullayevin ifasında “Azərbaycan” mahnısı ifa edilib.

Konsert dinləyən hər kəsdə xoş ovqat yaradıb.

Həmçinin oxuyun

Bu tarixdə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların …