Cümə axşamı , Dekabr 3 2020
Home / Cəmiyyət / Naxçıvan Dövlət Universitetində idmançılar üçün seminar-treninq keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetində idmançılar üçün seminar-treninq keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetinin idman kompleksində tələbələr üçün seminar-treninq keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən MediAktiv.az-a verilən məlumata görə,futbol, voleybol, cüdo idman növü üzrə yarışlarda hakimlik edəcək tələbələrin təcrübəsinin möhkəmləndirilməsi məqsədini daşıyan tədbirdə ilk öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra giriş sözüylə çıxış edən universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, ali təhsil ocağında keçirilən hər bir məşğələ tələbələrin müxtəlif idman növü üzrə təcrübələrinin artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə yönəlib.

Bədən tərbiyəsi kafedrasının dosenti, İdman klubunun sədri Məmmədəli Rəhimov bildirib ki, seminar-treninqin əsas məqsədi tələbələr arasında futbol, voleybol və cüdo üzrə ictimai hakimlər hazırlanmasıdır. Vurğulanıb ki, hazırlanan hakimlər universiada və muxtar respublika çempionatında iştirak edəcək və qazandıqları təcrübə əsasında futbol, voleybol, cüdo idman növü üzrə yarışlarda hakimlik edəcəklər. Məmmədəli Rəhimov onu da diqqətə çatdırıb ki, bilik, bacarıq və təcrübələrini zənginləşdirən hakimlərin gələcəkdə ümumrespublika və beynəlxalq yarışlarda iştirakı da nəzərdə tutulub.

Qeyd edək ki, seminar 5 həftə davam edəcək. Seminar treninqə universitetin müəllimlərindən cüdo idman növü üzrə Cavanşir Rəhimov, voleybol üzrə Nazim Əliyev, futbol üzrə isə Yusif Vəliyev rəhbərlik edəcək.

Həmçinin oxuyun

Azərbaycanda çoxlu sayda yeni iş yerləri açılacaq

Azərbaycanın işğaldan azad etdiyi ərazilərin böyük iqtisadi potensialı var. Bu ərazilər həm aqrar üstünlüyü, həm …