Çərşənbə axşamı , Noyabr 24 2020
Home / Cəmiyyət / Naxçıvan Dövlət Universitetində konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində konfrans keçirilib

Naxçıvan Dövlət Universitetində “Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadi inkişaf və müasir maliyyə mexanizmləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən MediAktiv.az-a verilən məlumata görə, Plenar iclası giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar həm də innovasiya və texnologiyaların inkişafına da öz müsbət təsini göstərir. Bildirilib ki, ölkəmiz innovasiyalara açıq olan və sosial yönümlü yeni iqtisadi modelə keçib. Dövlət başçısının təsdiq etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasında intellektual mülkiyyətin inkişaf etdirilməsi prioritet istiqamət kimi götürülüb. Vurğulanıb ki, texnologiyaların kadr hazırlığına tətbiqini həyata keçirtməklə ilk növbədə universitetlərdə elmi səviyyəni yüksəltmək və bu əlaqəni iqtisadiyyatın inkişafına birləşdirməkdən ötəri innovativ infrastruktur formalaşdırılmalıdır. Rektor Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında”  Sərəncamın əhəmiyyətindən danışıb. Universitetdə yaradılan “İnnovasiya mərkəzi”nin fəaliyyətindən və tələbələrin təqdim etdiyi 12 startap layihəsindən ətraflı məlumat verən rektor qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi bilikli və təcrübəli gənc kadrların hazırlanmasına böyük imkanlar yaradacaqdır.

Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rəfael Əliyev qeyd edib ki, son illər ərzində görülən bütün bu işlər, yaradılan şərait, təşkilati və struktur islahatların nəticəsində bu gün Maliyyə Nazirliyində iş müasir tələblər səviyyəsində qurulub. Nazirlik funksiyalarının böyük əksəriyyəti elektron sistemlərə inteqrasiya olunub və bu işlər ardıcıl şəkildə davam etdirilir. Nazir sözügedən Sərəncamların əhəmiyyətindən danışaraq muxtar respublikada kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması, tələbələrin praktik biliklər əldə etməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələri sürətli və dayanıqlı inkişafın əsas amillərindən biridir.

“Naxçıvan Muxtar Respublikasında innovasiyalı iqtisadi inkişafın təmin olunması və mühasibat uçotunun beynəlxalq standartlara keçməsinin əsas şərtləri” mövzusunda “Mühasibat uçotu və maliyyə”  kafedrasının müdiri, iqtisad elmləri  doktoru, professor Teymur Abbasov bildirib ki, yeni ideyaların, təkliflərin, elmi-texniki inkişaf nəzəriyyələrinin praktiki tətbiq edilməsinin kompleks həyata keçirilməsi prosesi olan innovasiya əsaslı iqtisadiyyat dövrün ən dinamik və gəlirli istiqamətlərindən sayılır. Vurğulanıb ki, innovasiyalar sərmayələr, institutlar, insan kapitalı, mövcud olan infrastruktur və biznes mühiti adlı 5 əsas faktora əsaslanır:

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad  üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova “Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən etibarlı maliyyə mühitinin yaradılması və mühasiblərin  peşəkar sertifikasiyasının əhəmiyyəti” adlı çıxışında peşəkar mühasib sertifikasiyaların verilmə qaydalarından, imtahanların keçirilmə prosesi və mərhələrindən danışıb. Çıxış videoçarxla əyani şəkildə izah edilib.

Konfrans Mühasibat uçotu və müasir maliyyə mexanizmləri, İnnovasiyayönümlü iqtisadiyyatın tənzimlənməsi, Qloballaşan İqtisadiyyatda Maliyyə və Turizm adlı üç bölmədə davam edib.

Həmçinin oxuyun

Azərbaycanda 2187 nəfər COVID-19-a yoluxdu, 634 nəfər sağaldı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2187 yeni yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq …