Çərşənbə , İyul 1 2020
Home / Cəmiyyət / Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üçün Naxçıvan Qızlar Liseyinə şagird qəbulu elan edir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2020-2021-ci tədris ili üçün Naxçıvan Qızlar Liseyinə şagird qəbulu elan edir

Liseyə şagird qəbulu 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin V sinifində təhsil alacaq qız şagirdləri arasında müsabiqə yolu ilə aparılır.

MediAktiv.az  xəbər verir ki, liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Şəxsiyyət vəsiqəsinin surəti
  2. 3×4 santimetr ölçüdə 2 ədəd fotoşəkil
  3. Valideynin ərizəsi
  4. Təhsil aldığı məktəbdən arayış
  5. Sağlamlıq haqqında arayış

 Sənədlər 07 may 2020-ci il tarixdən 29 may 2020-ci il tarixədək saat 900-dan 1800-dək Naxçıvan Qızlar Liseyində qəbul ediləcəkdir.

Müsabiqə 11 iyun 2020-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə saat 1000-da keçiriləcəkdir.

Şagirdlərin nəzərinə çatdırılır ki, Liseyə qəbul  üçün keçiriləcək müsabiqə test formatında aparılır. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30, ingilis dili fənni üzrə 10 olmaqla, ümumilikdə 3 fəndən 70 sual təqdim olunacaqdır. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir.

Muxtar respublika üzrə ən yüksək nəticə göstərən 60 şagird Liseyə qəbul olunacaqdır.

Ünvan: Naxçıvan Qızlar Liseyi, İ.Məmmədov küçəsi 2
Əlaqə nömrələri: (036) 545-03-47
(036) 545-23-62

Həmçinin oxuyun

Azərbaycanda süni tənəffüs cihazına qoşulan koronavirus xəstələrinin sayı açıqlandı

Bu gün Azərbaycanda koronavirusla bağlı 6 682 test aparılıb. Bu barədə MediAktiv.az Tibbi Ərazi Bölmələrini …