Çərşənbə axşamı , İyul 14 2020
Home / Cəmiyyət / Naxçıvan şəhər məktəbliləri Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Naxçıvan şəhər məktəbliləri Beynəlxalq Yaradıcılıq Festivalında uğur qazanıblar

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfindən 7 may-1 iyun tarixlərində “Üç alov” adlı Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalı keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə, mövcud vəziyyətlə bağlı onlayn platformada keçirilən festivalın əsas məqsədi Azərbaycan və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanması və inkişafı, ənənəvi folklor, klassik, müasir incəsənətin  müxtəlif  istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması və onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.  

Həmin müsabiqədə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Tahirov Bayram Tural oğlu  Rəqs nominasiyası üzrə, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Vəliyeva Məleykə Aftandil qızı isə Klassik instrumental ifaçılıq nominasiyası üzrə onlayn şəkildə iştirak etmişlər. Hər iki şagirdin çıxışı qiymətləndirilərək  həvəsləndirici yerə layiq  görülmüşdür. Uğur qazanan şagirdlər “Qran Pri” diplomu ilə mükafatlandırılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən hər il keçirilən “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında Naxçıvanlı məktəblilər ilk dəfə iştirak edib.

Naxçıvan şəhər məktəbliləri  Beynəlxalq  Yaradıcılıq Festivalında  uğur qazanıblar
Naxçıvan şəhər məktəbliləri  Beynəlxalq  Yaradıcılıq Festivalında  uğur qazanıblar

Həmçinin oxuyun

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 13-nə olan statistik göstəriciləri açıqlayıb. …