Cümə , İyul 3 2020
Home / Cəmiyyət / Naxçıvan teatrının yaradılmasının ildönümü qeyd olunub

Naxçıvan teatrının yaradılmasının ildönümü qeyd olunub

Azərbaycan milli teatr tarixinə parlaq və şərəfli səhifələr yazmış Naxçıvan teatrının yaradılmasından 137-ci ildönümü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə,tədbiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova açaraq bu sənət ocağının keçdiyi inkişaf yolundan danışıb.

        Vurğulanıb ki, muxtar respublikada da teatrlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Teatr müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib, Naxçıvan teatrının tədqiqi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilərək, monoqrafiya və kitablar nəşr olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə nəşr olunan “Naxçıvan teatrının salnaməsi” kitabı bu baxımdan yüksək dəyərə malikdir.

        Muxtar respublikada teatr sənətinin inkişafında xidmətləri olan insanların əməyi də dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini diqqətə çatdıran nazir teatrın inkişafına və sənət adamlarına göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

        Tədbirdə Xalq yazıçısı Elçin Əfəndiyevin “Teleskop” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın nümayişi olub.

         Qeyd edək ki, tədbir Naxçıvan Dövlət Televiziyası ilə yanaşı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarında canlı yayımlanıb.

Həmçinin oxuyun

Bütün ölkə ərazisində 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir

Bütün ölkə ərazisində 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan …